CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rövnəq Abdullayevdən yeni təyinat

© Sputnik / Murad OrujovБакинский нефтеперерабатывающий завод имени Гейдара Алиева
Бакинский нефтеперерабатывающий завод имени Гейдара Алиева - Sputnik Azərbaycan
Abunə olmaq
2015-2016-cı illərdə Heydər Əliyev adına NEZ-də şöbə rəisinin müavini, 2016-2019-cu illərdə isə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini işləyib

BAKI, 11 dekabr — Sputnik.  SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub. Bu barədə Sputnik Azərbaycan-a SOCAR-dan məlumat verilib.

© © SOCAR Bəxtiyar Məmmədov
Rövnəq Abdullayevdən yeni təyinat - Sputnik Azərbaycan
Bəxtiyar Məmmədov

Qeyd edək ki, Bəxtiyar Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra "Azərneftyağ" NEZ-də əmək fəaliyyətinə başlamış, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışıb. 2015-2016-cı illərdə Heydər Əliyev adına NEZ-də şöbə rəisinin müavini, 2016-2019-cu illərdə isə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini işləyib.

Xəbər lenti
0