CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İntensiv yağış, qar yağıb – Faktiki hava

© Sputnik / Murad OrujovДождь в Баку
Дождь в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Qar örtüyünün hündürlüyü Ağdərədə 9, Daşkəsəndə 6, Qırızda 4, Gədəbəy, Şahdağda 2, Sarıbaş, Göygöldə 1 sm təşkil edib

BAKI, 9 dekabr — Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üzünüzü göyə tutub yalvarın: Yağış yağmasa, yollardakı probleminiz də olmayacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 9-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Zabratda 20 mm (aylıq normanın 68 faizi), Sumqayıtda 16 mm (aylıq normanın 60 faizi), Maştağada 14 mm (aylıq normanın 41 faizi), Bakıda 13 mm (aylıq normanın 44 faizi), Binədə 11 mm (aylıq normanın 38 faizi), Neft Daşlarında 14 mm (aylıq normanın 66 faizi), Çilov adasında 3 mm, Pirallahıda 2 mm, Naxçıvan MR-da 3-12 mm, Lənkəran-Astara zonasında 2-6 mm, Mərkəzi Aran rayonlarında və Balakən-Şəki bölgəsində 1-8 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 9, Daşkəsəndə 6, Qırızda 4, Gədəbəy, Şahdağda 2, Sarıbaş, Göygöldə 1 sm təşkil edib.

Xəbər lenti
0