CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz" yeni mənzillərdə yaşayan sakinləri sevindirdi

CC0 / Bou Dee / GasГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İki yüz doxsan üç yaşayış binası üzrə 17 104 mənzil, oktyabr ayında isə 60 yaşayış binası üzrə 2 504 mənzil təbii qazla təmin olunub.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, bu il noyabr 1-nə olan məlumata görə, 293 yaşayış binası üzrə 17 104 mənzil, oktyabr ayında isə 60 yaşayış binası üzrə 2 504 mənzil təbii qazla təmin olunub.

Xəbər lenti
0