19:00 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
19 0 0

Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalı olduğunu nəzərə alaraq,  belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri rica olunur

BAKI, 21 noyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gündən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir.

Şəraiti nəzərə alan Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülərə avtomobil idarə edərkən daha diqqətli olmaları, sürət həddini hava şəraitinə uyğun seçmələri, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinmələri tövsiyə olunur. Xahiş olunur ki, yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar. 

Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalı olduğunu nəzərə alaraq,  belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri rica olunur.

  Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər. Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük vermək, yolu özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan keçmək tövsiyə edilir.

Əsas mövzular