CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Kabinetinin mətbuat xidməti vəzifəsi boş qaldı

© Photo : REPORTКабинета Министров Азербайджанской Республики, фото из архива
Кабинета Министров Азербайджанской Республики, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəri başdan uğurlar diləyirəm" - Ayaz Mirzəyev

BAKI, 19 noyabr — Sputnik. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev işdən ayrılıb. Bu barədə Sputnik Azərbaycan-a A.Mirzəyev özü bildirib.

"Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəri başdan uğurlar diləyirəm", - deyə Mirzəyev əlavə edib.

Xəbər lenti
0