01:09 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
CƏMİYYƏT
Qısa URL
76 0 0

Uşağa doğum haqda şəhadətnamə verəndə ata adı sənəddə səhv gedib, Əkrəm yox, Akiram yazılıb. Bu səbəbdən də ata övladını Qazaxıstana bacılarının yanına apara bilmir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. "Ata Əkrəm Xosrovov Lerik sakinidir. Onun 43 yaşı var, Qazaxıstanda doğulub və uzun illər orada yaşayıb. Hazırda Azərbaycan vətəndaşıdır. Azərbaycanda qeyri-rəsmi nikahdan bir övladı dünyaya gəlib. Daha sonra uşağın anası dünyasını dəyişib. Ata və 9 yaşlı qızının səhhəti ağırdır. Lakin onların əsas müraciəti sənədlərində olan nöqsanların aradan qaldırılması ilə bağlıdır". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

"Uşağa doğum haqda şəhadətnamə verəndə ata adı sənəddə səhv gedib, Əkrəm yox, Akiram yazılıb. Atanın bacıları Qazaxıstanda yaşayırlar. Amma sənəddə nöqsanlar olduğu üçün onlar ora gedə bilmirlər", - deyə o əlavə edib.

Birlik sədri deyir ki, uşaq ötən gün sığınacaqda çimdirilib və geyimləri təmiz şəraitdə olmadığı üçün onların hamısı atılıb.

K.Ağazadənin sözlərinə görə, ata santexnika işləri ilə məşğul olub, lakin uzun müddət səhhətində problem olduğu üçün o, son zamanlar işləyə bilməyib.

O bildirir ki, ata dünən övladı ilə sığınacağa üz tutanda ölümcül vəziyyətdə olub: "Biz dərhal müdaxilə edərək ona ağrıkəsicilər vurduq. Zənnimcə, atanın həyati təhlükəsi var. Artıq ata müayinə üçün xəstəxanaya aparılıb. Eyni zamanda, onun azyaşlı övladının da ciddi problemləri var. Artıq həkimlər ona baxıb və o, xəstəxanaya yerləşdiriləcək".

Bakıdakı sığınacaq evsiz-eşiksizləri 2 gün soyuqdan qoruyacaq>>

"Öncə biz onların səhhətlərində olan problemlərlə bağlı iş aparırıq. Daha sonra isə sənədləşmə prosesində dəyişikliklərin edilməsi üçün müraciət edəcəyik", - deyə K.Ağazadə əlavə edib.

Qeyd edək ki, ata və övladı uzun müddətdir ki, kirayələrdə qalıblar, şəraitləri çox ağır olub və uşaq ümumiyyətlə heç bir təhsil almayıb.

Əsas mövzular