11:57 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
3510

Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişli olacaq

BAKI, 7 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Nabranda payız
© Sputnik / Sabina Aliyeva

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-21, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişli olacaq.

Teqlər:
payız, hava proqnozu

Əsas mövzular