23:12 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Son illər Sumqayıtda 106 hektar ərazidə 4,2 kilometr uzunluğunda müasir bulvar yaradılıb.

Yaşı yetmişi haqladı, özünə "qocadır" dedirtmir - FOTO

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
107711

Deyilənə görə, əvvəllər bu yarımsəhra ərazilərdə çay axırmış. Hava şəraiti ilə bağlı tez-tez quruyurmuş. Çay Xəzər dənizinə axmadığı üçün qədim türk tayfaları onu "su qayıdan çay" adlandırıbmış

İradə Cəlilova, Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Onun tikintisinə 1938-ci ilə başlanılıb. Lakin İkinci dünya müharibəsi tikintinin yarıda saxlanılmasına səbəb olub. 1944-cü ildə tikinti bərpa edilib və Sumqayıta 1949-cu ildə şəhər statusu verilib.

Noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 ili tamam olur. Amma belə "cavanlıq" gərək oxucunu aldatmaya. Çünki rəvayətlər və tarixi mənbələr Sumqayıtın yaşını əsrlər əvvələ aparır. Tarixçilərin fikrincə, müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıblar. Sumqayıta çox bənzəyən Sunkqayt (Khunkqait) türk tayfasının adı Rəşidəddin Fəzlullahın (13-cü əsr) "Cami ət-təvarix" əsərində qeyd edilib.

Bir əfsanəyə görə, bu ərazilərdən dəvə karvanı keçirmiş. Karvanda bir-birini sevən Sum və Ceyran adlı bir cütlük varmış. Ceyran susuzluqdan taqətini itirir. Sum sevgilisinin bu halına dözə bilmir və ona su tapmaq üçün karvandan ayrılır. Ceyran Sumun karvandan ayrı düşüb öləcəyindən qorxduğu üçün onun arxasınca qışqırır: "Sum qayıt, Sum qayıt".

Sumqayıtda abadlıq işləri
© Sputnik / Irade JELIL
Son illər Sumqayıtda 106 hektar ərazidə 4,2 kilometr uzunluğunda müasir bulvar yaradılıb.

Digər mənbələrə görə, şəhərin adı Sumqayıt çayının adından götürülüb. Deyilənə görə, əvvəllər bu yarımsəhra ərazilərdə çay axırmış. Hava şəraiti ilə bağlı tez-tez quruyurmuş. Çay Xəzər dənizinə axmadığı üçün qədim türk tayfaları onu "su qayıdan çay" adlandırıbmış.

İndi Sumqayıtçaydan bəhrələnməsə də, gündən-günə yaşıllığa qərq olan Sumqayıt Azərbaycanın ən gözəl şəhərlərindən hesab edilə bilər. Dənizkənarı bulvar, uşaqlar və böyüklər üçün əyləncə mərkəzləri Sumqayıtı üç yüz mini aşan əhalisi və qonaqlar üçün daha maraqlı edib.

Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib.  Eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə edib.

Sumqayıtda abadlıq işləri
© Sputnik / Irade JELIL
Hazırda bulvarın ərazisi şimala doğru 1 kilometr artırılır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Sputnik Azərbaycan-a bildirib ki, ölkə başçısı Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb: "Ölkəmizin dinamik sosial-iqtisadi yüksəlişinin təmin olunmasında Sumqayıt şəhərinin fəal iştirakı nəzərə alınaraq dövlətimizin başçısının sözügedən Sərəncamında şəhərin 70 illik yubileyinin ölkədə geniş qeyd edilməsi, Şəhər İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb həyata keçirilməsi və digər məsələlər əksini tapıb".

E.Qocayev əlavə edib ki, tədbirlər planı artıq hazırdır: "Yubiley ilə bağlı tədbirlərə start verilib. Noyabr ayı ərzində də Şəhər Günü münasibətilə möhtəşəm tədbirlər keçiriləcək. Sumqayıt 70 illik yubileyinə kompleks şəkildə hazırlaşır".

Qeyd edək ki, son illər Sumqayıt şəhərində 106 hektar ərazidə 4,2 kilometr uzunluğunda müasir bulvar yaradılıb. Hazırda onun ərazisi şimala doğru 1 kilometr artırılır.

Sumqayıtda abadlıq işləri
© Sputnik / Irade JELIL
Yeni ərazidə restoranlar tikiləcək, fəvvarə quraşdırılacaq.

Ərazidə uşaqların səmərəli istirahətini təmin etmək məqsədilə əyləncə mərkəzlərinin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.

E.Qocayev bildirib ki, yeni ərazidə restoranlar tikiləcək, fəvvarə quraşdırılacaq. Bununla yanaşı, Xəzərin sahilində çimərlik zonası salınacaq. Artıq 292 ədəd istirahət otaqları da inşa edilib.

"Genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınır. Bu yol şəhərin Səməd Vurğun küçəsinə birləşdiriləcək. Bulvar ərazisinin ikinci hissəsi bu ilin noyabr ayında, Sumqayıtın 70 illik yubileyi ərəfəsində əhalinin istifadəsinə veriləcək".

Bulvar ərazisində Muğam Mərkəzinin tikintisinə başlanılıb.
© Sputnik / Irade JELIL
Bulvar ərazisində Muğam Mərkəzinin tikintisinə başlanılıb.

Eyni zamanda, Bulvar ərazisində Muğam Mərkəzinin tikintisinə başlanılıb. E.Qocayev əlavə edib ki, Mərkəz zirzəmi və iki mərtəbədən ibarət olacaq:  "Muğam Mərkəzinin konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq. İkimərtəbəli binadan ibarət olacaq Muğam Mərkəzində qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək. Mərkəzdə muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub".

Sumqayıtda 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş "Nizami" kinoteatrı sökülərək yenidən tikilir: "Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kinosevərlərin ixtiyarına veriləcək".

  • Sumqayıtda abadlıq işləri
    Sumqayıtda abadlıq işləri
    © Sputnik / Irade JELIL
  • Sumqayıtda abadlıq işləri
    Sumqayıtda abadlıq işləri
    © Sputnik / Irade JELIL
  • Mərkəzdə muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub.
    Mərkəzdə muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub.
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Sumqayıtda abadlıq işləri

Bütün bunlarla yanaşı, şəhərdə məhəllədaxili yollarda, küçə və prospektlərdə əsaslı təmir işləri aparılır, yollar asfaltlanır. Yaşayış binalarının, məktəb və uşaq bağçalarının yararsız dam örtükləri yeniləri ilə əvəz olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bir sözlə, 70 yaşına qədəm qoyan şəhərin heç qocalmaq niyyəti yoxdur. Sakitlik, rahatlıq, sadəlik axtarırsınızsa, bu gözəl şəhərin qonağı olun.

Əlaqədar

Nizamini bazardan köçürürlər - sənaye şəhərində iki sürpriz bir gündə olacaq
Sumqayıtda daha bir yenilik - kartinq
Sumqayıta gedənlər Xırdalanın "bəla"sına düşüblər
Sumqayıtda ilk Mədəniyyət Festivalından rəngarəng görüntülər
Sumqayıtlı şagird öz ulu nənəsindən danışaraq qalib olub

Əsas mövzular