İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 28 oktyabr — Sputnik. "Hazırda bir çox rayonlardan şikayətlər daxil olur. Müraciət edənlər bildirirlər ki, onlar 2004-cü ildən Cəmiyyətimizə üzv olsalar da, müvafiq ekologiya şöbələrinə müraciət edən zaman onlara lisenziya verilmir".
Bu barədə Sputnik Azərbaycan-a "Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin sədri Füzuli Əşrəfov məlumat verib.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüş zamanı nazir 2004-cü ildən cəmiyyət tərəfindən verilən biletlərin qüvvədə olacağını söz verib. Amma bu gün cəmiyyət üzvləri müvafiq rayonlar üzrə vəsiqələrini təqdim edərək lisenziya ala bilmirlər: "Baxmayaraq ki, nazir göstəriş verir, amma biz yenə də müəyyən çətinliklə qarşılaşırıq. Bu günlərdə Lənkəran-Cəlilabad rayonlarından şikayətlər daxil olub. Onlara bizim biletlərin təhvil verilməsi təklif edilib. Biz qarşılaşdığımız çətinliklə bağlı nazirliyə müraciət etmişik, cavab gözləyirik".