CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik ərazidə yayılan pis qoxunun səbəbini açıqladı

© Sputnik / Kamal AlmuradlıSumqayıtda, İnşaatçılar qəsəbəsində baş verən yanğın
Sumqayıtda, İnşaatçılar qəsəbəsində baş verən yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub

BAKI, 24 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Xəzər bağları massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib.

O, qeyd edib ki, araşdırma zamanı iy-qoxunun Xəzər bağları ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub. M. Vəliyev bildirib ki, yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Xəbər lenti
0