02:01 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8782
Küləkli hava, arxiv şəkli

Sabah Bakıda külək güclənəcək

CC0 / Free-Photos / Girl
CƏMİYYƏT
Qısa URL
1910

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir

BAKI, 20 oktyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-24° isti təşkil edəcək. Bakıda gecə 15-17° isti, gündüz 21-23° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti təşkil edəcək.

Teqlər:
duman, yağış, külək, Azərbaycan, Bakı, hava proqnozu

Əsas mövzular