CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metroda problem yaşanıb - SƏBƏB

Abunə olmaq
Problemlə əlaqədar olaraq bəzi sərnişinlər "İnşaatçılar" stansiyasında deyil, metronun "Elmlər Akademiyası" stansiyasında düşüblər

BAKI, 18 oktyabr — Sputnik. Bu gün səhər saatlarında Bakı metrosunun "Dərnəgül" – "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarın bəzi vaqonlarında qapılar açılmayıb. Tuneldə olarkən isə qatarın işıqları sönüb. Məsələyə aydınlıq gətirmək üçün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyərək bildirib ki, qapıların açılmaması yeni vaqonların təhlükəsiz tələbləri ilə bağlı olub: "Yeni vaqonlarda sərnişinlərin qapıları tutub saxlaması həmin qapıların sonradan açılmamasına səbəb olur. Bu səbəbdən də bəzi sərnişinlər "İnşaatçılar" stansiyasında deyil, metronun "Elmlər Akademiyası" stansiyasında düşüblər. Maşinist "Elmlər Akademiyası"nda olarkən sistemi yenidən qoşduqda isə vaqonların işıqları ani olaraq sönüb. Lakin bu hal sərnişinlər arasında elə bir narahatlıq yaratmayıb".

Xəbər lenti
0