CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həssas insanları məyus edəcək proqnoz: güclü xəzri əsəcək

© pixabay / RobinHigginsBaş ağrısı, arxiv şəkli
Baş ağrısı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir

BAKI, 11 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 12 oktyabrda gözlənilən hava şəraitini açıqlayıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında sabah havanın buludlu olacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Payızda yarpaq tökümü, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Oktyabr ayına olan hava proqnozu açıqlanıb
 Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 20-23, Bakıda gecə 16-18, gündüz 20-22 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 12-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-16 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: oktyabrın 12-si gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbər lenti
0