CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcazəsiz ova getmişdilər, hər şeyləri əllərindən alındı

© Sputnik / Andrey Shapran / Mediabanka keçidОхотники, фото из архива
Охотники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Brakonyerlərin 5 ov tüfəngi və 32 patronu müsadirə edilib, hər biri 1000 manat məbləğində cərimə olunub

BAKI, 1 oktyabr — Sputnik. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Ləyərqışlaq kəndi ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 5 ov tüfəngi və 32 patron götürülüb. Araşdırma zamanı brakonyerlərin Qusar rayon sakinləri Rəşad Əlirzayev, Marif Fətiyev, Alim Yüzbəyov, Rasim Əlimuradov və Xaçmaz rayon sakini Xalid Binəliyev olduğu məlum olub. Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.

Xəbər lenti
0