16:25 04 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
16 0 0

Fiziki və əqli məhdudiyyətli Vüsal Dəmirov xəstəxanaya yerləşdirilib, onun ürəyində qüsur aşkarlanıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Polislər tərəfindən aşkarlanaraq "Azərbaycan Uşaqlar Birliyi"nin sığınacağına gətirilən yeniyetmə Vüsal Dəmirov səhhətində yaranan problemlərlə əlaqədar olaraq xəstəxanaya yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında birliyin sədri Kəmalə Ağazadə deyib: "Yaşının 12 olduğunu deyən Vüsal Dəmirov 4-cü polis bölməsi tərəfindən sığınacağımıza gətirilib. Bizə gətirilənə qədər isə polislərin onun evini, yaxınlarını tapmaq üçün aparmadığı bir yer qalmayıb. Hazırda da onlar tərəfindən axtarışlar davam edir".

"Polislər Vüsalı küçədə sahibsiz bir vəziyyətdə tapıblar. O, sığınacağımıza gətiriləndə pampersdə olub. Vəziyyəti yaxşı olmadığı üçün həkimləri sığınacağımıza çağırdıq. Həkimlər dedi ki, uşağın vəziyyəti yaxşı deyil, bu səbəbdən də onu xəstəxanaya yerləşdirdik. Vüsalın ürəyində böyük qüsur olduğu üçün o, Respublika Uşaq Klinik Xəstəxanasının Kardiologiya şöbəsinə yerləşdirildi. Artıq bu gündən Vüsalın müayinəsinə başlanılacaq", - deyə o əlavə edib.

K.Ağazadə bildirir ki, yeniyetmə onunla söhbət zamanı 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində oxuduğunu söyləyib. Lakin oradan K.Ağazadəyə bildirilib ki, adıçəkilən müəssisədə belə bir uşaq oxumayıb.

Uşağın baxımlı vəziyyətdə olduğunu deyən birlik sədri deyir ki, onun yaxınlarının olmamasını düşünmək mümkünsüzdür: "O yaxınlarının adını deyir. Anasının adı Mahizər, qardaşının adı Cəsur, atasının adı Dəmir, nənəsinin adı isə Xanımdır. O, hətta sinif rəhbərinin adını da xatırlayır. Müəlliməsinin adının Gülsüm olduğunu söyləyir. Vüsal hətta evlərinin Mərdəkan qəsəbəsində yerləşdiyini, sonuncu dəfə evdən tək çıxdığını da deyir. Nə qədər şüursuz biri olsa da, anasından, atasından danışdıqda isə onun gözləri dolur, onu ağlamaq tutur".

"Amma nədənsə məndə belə bir fikir yaranıb ki, uşaqdan sanki imtina ediblər", - deyə o əlavə edib.

Əsas mövzular