16:49 17 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Körpə, arxiv şəkli

"Nəsimi"lər çoxalır

CC0 / rawpixel.com / baby
CƏMİYYƏT
Qısa URL
33 0 0

Ötən ilə nisbətən Nəsimi adının qoyulması hallarında 3.4 faiz artım qeydə alınıb. Son 5 ildə isə  Azərbaycanda 56 yenidoğulmuşa Nəsimi adı qoyulub

BAKI, 27 sentyabr — Sputnik. Ölkə başçısı İlham Əliyevin 11 yanvar 2019-cu ildə imzaladığı Sərəncama müvafiq olaraq bu il Azərbaycanda "Nəsimi ili" kimi qeyd olunur.

 Öncəki illərlə müqayisədə "Nəsimi ili"ndə Azərbaycanda yeni doğulan körpələrə bu ad daha çox qoyulub. 

Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda belə qeyd olunur. Bildirilir ki, cari il ərzində Azərbaycanda 17 körpəyə Nəsimi adı qoyulub. Bu isə o deməkdir ki, ötən ilə nisbətən Nəsimi adının qoyulması hallarında 3.4 faiz artım qeydə alınıb. Son 5 ildə isə  Azərbaycanda 56 yenidoğulmuşa Nəsimi adı qoyulub.

Belə ki, bu rəqəm 2015-ci ildə 11, 2016-cı ildə 12, 2017-ci ildə 11 və 2018-ci ildə 5 olub.

Əsas mövzular