20:22 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
BakuBus avtobusu

Bakıya yeni, çox iri avtobuslar gətirilib

© Official website of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
56 0 0

Vüsal Kərimlinin sözlərinə görə, hazırda müasir avtobuslar avtobusların ümumi sayının 21 faizini təşkil edir

BAKI, 25 sentyabr — Sputnik. Bakıya yeni gətirilən avtobusların sərnişin tutumu 100 nəfərdir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin açılışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli məlumat verib. O bildirib ki, Prezidentin tapşırığına əsasən, qəsəbələrə gedən avtobuslar dəyişdirilir:

"Yeni avtobuslar sıxılmış təbii qazladır. Bundan əvvəl "Bakubus"da sifariş etdiklərimiz 300 km gedirdisə, biz bunu artırdıq, 600 km gedəcək. Qəsəbələrdəki avtobusların vəziyyəti yaxşı deyil, sizin tapşırığınızla onların hər biri dəyişəcək. Artıq qəsəbələrə də gedəcək. Hətta türklərin özü də deyir ki, niyə onlarda bu avtobuslardan yoxdur. Biz bu avtobusları tam dəyişdirmişik. Həm içini, həm motor hissəsini, həm də daxili dizaynını. Avtobuslar ümumilikdə 100 nəfərlikdir, oturma yerlərinin sayı isə 26-dır. Burada ayaqüstə durmaq üçün yer daha genişdir".

Vüsal Kərimlinin sözlərinə görə, hazırda müasir avtobuslar avtobusların ümumi sayının 21 faizini təşkil edir.

Əsas mövzular