20:40 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
İsmayıllıda şərab zavodu

Şərab zavodları turist marşrutlarına salınacaq

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
21 0 0

İlkin mərhələdə ölkənin 25 rayonunda fəaliyyət göstərən turizm obyektlərinin sahibləri ilə sorğular keçirilib və onların hansı sahələr üzrə təlimlərə ehtiyac duyduqları öyrənilib

BAKI, 24 sentyabr — Sputnik. Dövlət Turizm Agentliyi turistlərin daha çox istiqamət tutduğu bölgələrdəki mehmanxana, restoran və şərab zavodlarında çalışan işçilərə təlimlər keçəcək.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, dekabr ayında başlanması planlaşdırılan təlimlərin əsas məqsədi bu turizm obyektlərində çalışan kadrların bilik və bacarıqlarını, peşəkarlıq səviyyəsini artırmaqdır. Layihə "Mehmanxana biznesinin idarə olunması və personalın xidmət keyfiyyətinin artırılması", "Restoran biznesinin idarəolunması və personalın xidmət keyfiyyətinin artırılması", "Şərab marşrutu" üzrə yerləşən şərab istehsalı və satışı müəssisələrinin turizm nümayiş obyektlərinə çevrilməsi" modulları üzrə həyata keçiriləcək.

İlkin mərhələdə ölkənin 25 rayonunda fəaliyyət göstərən turizm obyektlərinin sahibləri ilə sorğular keçirilib və onların hansı sahələr üzrə təlimlərə ehtiyac duyduqları öyrənilib. Növbəti mərhələdə isə tələbat duyulan sahələr üzrə təlimlərə start veriləcək. Qeyd edək ki, layihə regional turizmin inkişafına, turistlərin məmnuniyyət səviyyəsinin yüksəlməsinə, eyni zamanda paytaxtdan rayonlara turist axınının çoxalmasına yardımçı olacaq.

Əlaqədar

Göyçayda keçirilən "Nar bayramı" payızın ən maraqlı festivalları siyahısında
Dəli balanın gözəl anası üçün Şamaxıda xüsusi müəssisə tikirlər - milyonlar gətirəcək
Huşunu itirənə qədər içmək – Səbəb nədir?
Hər cümə bir qədəh şərab...
Beş min illik ənənə: Azərbaycan şərabı necə ərsəyə gəlir

Əsas mövzular