13:51 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
 Təcili Tibbi Yardım avtomobili

Xəstə əvəzinə məişət əşyaları daşıyırlar

© Facebook / Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
CƏMİYYƏT
Qısa URL
19 0 0

Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər göy rəngdədir

BAKI, 24 sentyabr — Sputnik. Səhiyyə Nazirliyi salonunda məişət əşyaları daşıyan Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobilləri barədə məlumat yayıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərdə bildirilir ki, bəzi KİV-lərin yaydığı salonuna məişət əşyaları yüklənən Tibbi Yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil: "Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan şəkildəki avtomobilin üzərində bort nömrəsi yoxdur. Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər göy rəngdədir. Avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər".

Teqlər:
Səhiyyə Nazirliyi, məişət əşyaları, təcili tibbi yardım avtomobili, təcili yardım

Əsas mövzular