05:23 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Özbəkistanın opera müğənnisi, Reqistan ansamblının rəhbəri Xursand Şerov

Müslüm Maqomayevə həsr olunmuş aksiya təxirə salındı: Səbəb...

© Facebook / Hursand Sherov
CƏMİYYƏT
Qısa URL
553 0 0

Özbəkistanın opera müğənnisi, "Reqistan" ansamblının rəhbəri Xursand Şerov dünya şöhrətli müğənni, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr etdiyi veloyürüşü avtoqəzaya düşməsi səbəbindən dayandırmalı olub.

BAKI, 18 sentyabr — Sputnik. Özbəkistanın opera müğənnisi, "Reqistan" ansamblının rəhbəri Xursand Şerov dünya şöhrətli müğənni, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr etdiyi veloyürüşü dayandırmalı olub. Buna səbəb müğənninin qəzaya düşməsi olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Şerov özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Şerov onu dərhal travmatoloqa apardıqlarına və rentgen elətdirdiklərinə görə Bryansk şəhərindən olan dostlarına minnətdarlığını bildirib.

"Bakıya çatmaq üçün yola davam etmək istəyirdim, amma həkim razılaşmadı. Sən demə, qolumun sınığı ciddidir. Əgər həkimin sözünə qulaq asmasam, cərrahiyə əməliyyatı etməli olacaqlar. Ona görə də tam sağalana qədər səyahətimi təxirə salmalı oldum", - deyə Şerov bildirib.

O, hazırda müalicə aldığı Daşkənd şəhərinə qayıdıb. Müğənni Maqomayevin vəfat etdiyi 25 oktyabra qədər Bakıya çatmağı və azərbaycanlılarla birlikdə onun xatirəsini yad etməyi arzulayırmış.

Xursand Şerov səhhətində problemlər yarandıqdan sonra velosipedlə səyahətə çıxmaqdan zövq almağa başlayıb. O, həkiminin məsləhəti ilə velosiped almaq və səyahətə yollanmaq qərarına gəlib. Budəfəki turuna Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü (17 avqust 1942-ci il) münasibətilə başlayıb və bu turu müğənninin anım günündə (25 oktyabrda) Bakıda başa çatdırmağa qərar verib. Amma Rusiyanın Bryansk şəhərində keçirdiyi yol-nəqliyyat hadisəsi nəticəsində qolu qırıldığından, turu dayandırmalı olub və vətəninə qayıdıb.

Şerov M.Maqomayevin xatirəsini əbədiləşdirmək üçün artıq neçə ildir dünyanın müxtəlif yerlərinə veloyürüş edir. Özbəkistandan Rusiyaya, Çin, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrə M.Maqomayevin portreti ilə bəzədilmiş velosipedilə yürüş edən X.Şerov dünya şöhrətli müğənnini özünə kumir seçib. Veloyürüş etdiyi ölkələrdə yaşayan azərbaycanlıların, diaspor fəallarının ona qarşı məhəbbətinin sonsuz olduğunu qeyd edən özbək müğənnisi bu ölkələrdə Maqomayevin repertuarından mahnılar oxuduğunu, konsert verdiyini bildirib. Bu il avqustun 17-də ölməz sənətkarın Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində yerləşən heykəli önünə veloyürüş edən Şerov Maqomayevin bütün doğum və anım günləri ərəfəsində digər ölkələrə də veloyürüşlər edəcəyini açıqlamışdı. O, səyahətləri zamanı Maqomayev haqqında topladığı materialları kitab şəklində nəşr etdirəcəyini də vurğulayıb.

Əsas mövzular