CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yolu "gülə-oynaya" keçməyi unudun, zarafat deyil

© Sputnik / Murad OrujovЛюди переходят дорогу в неположенном месте, фото из архива
Люди переходят дорогу в неположенном месте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Piyadalarla bağlı inzibati xəta tərkibi yaradan halların azalması zərurətindən irəli gələrək piyadalara qarşı profilaktiki tədbirlərin yol polisinin piyada naryadları tərəfindən icrası davam etdirilir

BAKI, 14 sentyabr — Sputnik. "Paytaxtda avtomobilləşmənin sürətlə inkişaf etdiyi dövrdə təhlükəsizliyin əsas şərti yol mədəniyyəti – sürücü, piyada məsuliyyətidir. Yollarda qarşılıqlı məsuliyyət, piyada-sürücü, sürücü-piyada münasibətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirilir. Əvvəlki illərdən fərqli olaraq, paytaxt yollarında piyada intizamının güclənməsində konkret nəticələr var".

Yol Patrul Xidmətinin maşını gecə reydi zamanı - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda avtobus piyadaları vurdu: birinin vəziyyəti ağırdır

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a bildirib. Onun sözlərinə görə, bunu nəzərə alaraq, post-patrul xidmətindən yol polisinə ezam olunan əməkdaşlardan təşkil olunan naryadların fəaliyyətinə xitam verilməklə, əvvəlki iş yerlərinə qaytarılıb: "Piyadalarla bağlı inzibati xəta tərkibi yaradan halların azalması zərurətindən irəli gələrək piyadalara qarşı profilaktik tədbirlərin yol polisinin piyada naryadları tərəfindən icrası davam etdirilir".

E.Hacıyev diqqətə çatdırıb ki, yollarda müşahidə olunan sosial-neqativ hallar – piyada keçidlərindən istifadə etmədən, "tələsirəm" deyib, öz həyatına, sürücülərin hüquqlarına ehtiyatsız yanaşmanın fəsadları cəmiyyətə məlumdur: "Bu fəsadlara səbəb olan yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi və maarifləndirmə hər bir hərəkət iştirakçısından da asılıdır.

Hər bir hərəkət iştirakçısı bilməlidir ki, ani ehtiyatsızlıq, etinasızlıq böyük faciələrə səbəb olur. Dəyərmi doğmalarımızın göz yaşına? Təhlükəsiz həyat naminə hər birimiz qaydalara əməl etməliyik ki, doğmalarımız gözü yaşlı qalmasınlar. Mütəmadi olaraq, statistikanı yayırıq ki, sürücü, piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol!

Bu reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir: "Yol qaydalarına əməl edin, əks təqdirdə..."

© ©KarikaturaPiyada keçidi
Yolu gülə-oynaya keçməyi unudun, zarafat deyil - Sputnik Azərbaycan
Piyada keçidi

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, əhalinin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir".

Xəbər lenti
0