06:55 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Elektron siqaret (veyp) və mobil telefon, arxiv şəkli

Elektron siqaret həqiqətən öldürür – Daha 5 fakt qeydə alındı

CC BY 2.0 / VAPES / udtdr
CƏMİYYƏT
Qısa URL
15 0 0

Biz hələ bu xəstəliyin əsas səbəbini bilmirik. Bu xəstəliyin cihazdan, onun mayesindən, tərkibində olan inqridentlərdən və yaxud nədən yarandığını bilmirik

BAKI, 7 sentyabr — Sputnik. Amerikada elektron siqaret çəkmə səbəbilə 5 ölüm faktı qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytında məlumat verilib.

Məlumata görə, ölüm faktları Kaliforniya, Oreqon, Minnesota, İndiana və İllinoys ştatlarında qeydə alınıb. Ölkədə elektron siqaret çəkmə səbəbilə 450 nəfər xəstəlikdən əziyyət çəkir.

Xatırladaq ki, bir neçə gün öncə Amerikanın Oreqon ştatının səhiyyə şöbəsi veyp istifadəçiləri arasında naməlum xəstəlikdən ikinci ölüm faktını qeydə almışdı.

"Biz hələ bu xəstəliyin əsas səbəbini bilmirik. Bu xəstəliyin cihazdan, onun mayesindən, tərkibində olan inqridentlərdən və yaxud nədən yarandığını bilmirik"- deyə qeyd edilib.

Qida və Dərman İdarəsi (FDA) mütəxəssisləri ölən və xəstəliyə tutulan şəxslərin istifadə etdiklərin elektron siqaretlərin veyplər üçün hazırlanan qarışığın tərkibində vitamin E-nin asetatını aşkarlayıb.

Onlar müxtəlif ştatlardakı xəstələrin istifadə etdikləri elektron siqaretlərin qarışığından nümunələr götürülüb.

Tibb adamları qeyd edib ki, qəti nəticəyə gəlmək üçün tez olsa da, E vitaminindən yaranan maddə orqanizmə zərər verə bilər.

Əsas mövzular