CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Ali təhsil haqqında” qanun gəlir, ciddi dəyişikliklər gözlənilir

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Növbəti parlament seçkilərinə qədər "Ali təhsil haqqında" qanun layihəsinin qəbul olunması nəzərdə tutulub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanda "Ali Təhsil Haqqında" qanun qəbul olunacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Sona Əliyeva məlumat verib.

Первоклассник в День знаний в одной из школ Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsil Nazirliyindən inqilaba bərabər sınaq - birincilərdən başlayırlar

O, bildirib ki, layihə parlamentin payız sesiyasında müzakirəyə çıxarılacaq: "Növbəti parlament seçkilərinə qədər "Ali təhsil haqqında" qanun layihəsinin qəbul olunması nəzərdə tutulub".

S.Əliyeva qeyd edib ki, əsas məsələlərdən biri universitetlərin istehsalata inteqrasiyası, eyni əsaslı sənayenin formalaşdırılmasıdır: "İnkişaf etmiş ölkələrdə artıq bu formalar tətbiq olunur. Universitetlərin nəzdində fabrik və zavodlar var. Türkiyədə bir çox universitetlərdə xəstəxanalar belə, fəaliyyət göstərir. Beynəlxalq təcrübədən istifadə edərək bizdə də dünyada sınaqdan keçirilmiş modellərin tətbiqi vacibdir. Qanun layihəsi həm də xaricdə təhsil, diplomların tanınması məsələlərini də əhatə edəcək".

S.Əliyeva həmçinin əlavə edib ki, Təhsil Haqqında qanuna bu il də əlavə və dəyişikliklər ediləcək. Deputat bunun cəmiyyətdən gələn tələb və təkliflərlə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, hər il cəmiyyətin və hökumətin təklifləri nəzərə alınaraq sözügedən qanunda müəyyən əlavə və dəyişikliklər edilir.

Xəbər lenti
0