CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda havanın temperaturu enəcək

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidЛетний дождь, фото из архива
Летний дождь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında sentyabrın 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir

BAKI, 2 sentyabr — Sputnik. Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, şimal-qərb küləyi əsəcək.

Nabranda payız - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qızıl" ayın "narahat" havası: bütün rayonlar üzrə proqnoz açıqlandı

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə isə, şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0