CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlandı

© Sputnik / Murad OrujovBakının orta məktəblərindən birində tədris prosesi, arxiv şəkli
Bakının orta məktəblərindən birində tədris prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər

BAKI, 28 avqust — Sputnik. Avqustun 28-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsinə start verilib.

Vüsal Cabbarovun çəkdiyi rəsmlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda bu işi yalnız o bacarır - müəllimdən "Ginnesin Rekordlar Kitabı" üçün iddia

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər 28-29 avqust tarixlərində vakansiya seçiminə qatıla bilərlər. Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.

Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi 29 avqust saat 23:59-dək davam edəcək. Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

Xəbər lenti
0