00:02 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
27 0 0

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərə qeydiyyat üçün beş gün verilib

BAKI, 22 avqust — Sputnik. Bu gündən peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başlayır.

  Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu proses avqustun 27-dək davam edəcək.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Teqlər:
qeydiyyat, peşə təhsili, peşə

Əsas mövzular