11:47 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
76 0 0

Bakalavrların adı siyahıdan çıxarıla bilər

BAKI, 17 avqust — Sputnik. Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların müvafiq təhsil müəssisələrində qeydiyyatı davam edir.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, bakalavrlar avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Əlaqədar

Abituriyentlərin çoxu bu qrupu seçib
Xaricdə təhsillə bağlı nazirlikdən çağırış - "Yanmamaq" üçün kimi seçməli
Teqlər:
sənəd, siyahı, ali məktəb, qəbul, bakalavr

Əsas mövzular