07:12 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
İmtahan

Yüksək bal toplayıb tələbə ola bilməyən abituriyentlərin şok sayı

© Sputnik / Nigar Maharram
CƏMİYYƏT
Qısa URL
1017 0 0

İki yüzdən çox bal toplayan I ixtisas qrupunda 8 nəfər, II ixtisas qrupunda 28 nəfər, IV ixtisas qrupunda 37 nəfər tələbə adını qazana bilməyib

BAKI, 15 avqust — Sputnik. Bu il ali məktəblərə qəbul imtahanında bəzi abituriyentlər yüksək bal toplasa da, düzgün seçim etmədiyi üçün tələbə adını qazanmayıb. Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, III və IV ixtisas qruplarında 550-dən yuxarı bal toplayan 2 nəfər tələbə ola bilməyib. "III ixtisas qrupunda 580-dən çox bal toplayan bir abituriyent, IV ixtisas qrupunda isə 550-dən çox toplayan bir abituriyent ali məktəbə qəbul ola bilməyib. III ixtisas qrupunda 400-dən çox bal toplayan 63 nəfər, 300-dən çox bal toplayan 453 nəfər, IV ixtisas qrupunda 400-dən çox bal toplayan 15 nəfər abituriyent ali məktəblərə qəbul ola bilməyib".

K. Əsədov qeyd edib ki, qəbulda ən az kəsilənlər I və II ixtisas qruplara aiddir: "200-dən çox bal toplayan I ixtisas qrupunda 8 nəfər, II ixtisas qrupunda 28 nəfər, IV ixtisas qrupunda 37 nəfər tələbə adını qazana bilməyib".

Əsas mövzular