16:00 06 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
“Dəniz kuboku - 2019” müsabiqəsində hava hədəflərinə artilleriya atışları yerinə yetirilib

Azərbaycan dənizçiləri Rusiyadan olan rəqiblərini iki dəfə qabaqladılar

© AR Ministry of Defense
CƏMİYYƏT
Qısa URL
9 0 0

Azərbaycan komandası 38 balla birinci olub

BAKI, 14 avqust — Sputnik. "Dəniz kuboku - 2019" müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

“Dəniz kuboku - 2019” müsabiqəsində hava hədəflərinə artilleriya atışları yerinə yetirilib
© AR Ministry of Defense
“Dəniz kuboku - 2019” müsabiqəsində hava hədəflərinə artilleriya atışları yerinə yetirilib

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu mərhələdə komandalara şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra hava hədəfinin artilleriya atəşləri ilə məhv edilməsi tapşırılıb.

Gəmilərin vaxtında gəlməsinə və hədəflərin məhv edilməsinə görə beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb.

“Dəniz kuboku - 2019” müsabiqəsində hava hədəflərinə artilleriya atışları yerinə yetirilib
© AR Ministry of Defense
“Dəniz kuboku - 2019” müsabiqəsində hava hədəflərinə artilleriya atışları yerinə yetirilib

Mərhələnin nəticələrinə əsasən, Azərbaycan komandası 38 balla birinci, Rusiya 19 balla ikinci, İran 16 balla üçüncü, Qazaxıstan dənizçiləri isə 12 balla dördüncü yerlərdə qərarlaşıblar.

Teqlər:
artilleriya, gəmi, hərbi dənizçilər, hərbi

Əsas mövzular