CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Mammad Amin Rasulzade" tankeri necə vuruldu - TƏFƏRRÜAT

© Facebook / Palmali Group of CompaniesMəhəmməd Əmin Rəsulzadənin adını daşıyan tanker
Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan tanker - Sputnik Azərbaycan
Abunə olmaq
"Gəmimizi batıra bilmədiz və heç vaxt bunu bacarmayacaqsınız" - Fidan Quliyeva

BAKI, 14 avqust — Sputnik. "Ötən gecə saat 22:25-də göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan flotiliyamızın yeni gəmisi “Mammad Amin Rasulzade” İstanbulun Dəmir bölgəsində “Doric Warrior” gəmisi tərəfindən vurulub". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu gəminin sahibi olan “Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fidan Quliyeva özünün "Facebook" profilində paylaşıb.

Нефтяной танкер в Персидском заливе - Sputnik Azərbaycan
Fars körfəzində saxlanılan tankerin sahibi məlum olub

O qeyd edib ki, “Mammad Amin Rasulzade” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş “Doric Warrior” gəmisinin uzunluğu 230 metrdir: "Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən, xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib. Bir gəminin dayandığı halda başqa gəmi tərəfindən vurulması 1/1000 ehtimal olunan hadisə sayılır. Toqquşmanın səbəbləri ciddi araşdırılır. “Palmali” şirkətinin rəhbərliyi hadisə yerindədir. Gəmi limanda ilk səfərini həyata keçirmək üçün gözləyirdi.

"Maraqlıdır ki, hadisə baş verəndən dərhal sonra bu xəbər bəzi qüvvələr tərəfindən bütün saytlara ötürülüb. Özünü Türkiyə mediası adlandıran, əslində isə Azərbaycan KİV-lərinin istinad etməsi üçün maliyyələşən sayt bu insidenti baş xəbər edir. Təbii ki, bundan sonra “dost” media qurumları “Palmali” şirkətinin mövqeyini öyrənmədən, hadisə zamanı ölən, yaxud yaralananların olub-olmadığını soruşmadan xəbəri yayırlar. Bir daha xatırladırıq ki, “Mammad Amin Rasulzade” gəmisinin göyərtəsində 14 nəfərdən ibarət heyət olub. Digər tərəfdən, yazırlar ki, ay aman, gəmi köhnədir, yüklüdür. Bir daha bəyan edirik - toqquşma hadisəsi ilə gəminin köhnə və ya təzə olmasının, yaxud yüklü-yüksüz olmasının heç bir əlaqəsi yoxdur! Üstəlik, özlərindən uydururlar ki, guya gəmi batır. Gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vurulsa da, yenə də yazırlar ki, gəmi köhnədir və batır. Vurğulayırıq: “Mammad Amin Rasulzade” gəmisi batmır! Gəmimizi batıra bilmədiz və heç vaxt bunu bacarmayacaqsınız. “Palmali”nin gəmisini batırmaq düşündüyünüz qədər də asan iş deyil!" - deyə F.Quliyeva əlavə edib.

Задержанное СБУ российское судно в порту Измаила, Украина. 25 июля 2019 - Sputnik Azərbaycan
Rusiya və Ukrayna arasında tanker insidentinin təfərrüatları

Qeyd edək ki, 6 avqust 2019-cu il tarixində “Mammad Amin Rasulzade” gəmisinin ilk səfərə çıxması münasibətilə təntənəli mərasim keçirilmişdi. Tədbirdə yüksək vəzifəli şəxslər, tanınmış alimlər, Azərbaycandan dəvət olunmuş jurnalistlər, QHT rəhbərləri, o cümlədən dahi lider Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə iştirak etmişdi. Mərasimdə gəmiyə “Mammad Amin Rasulzade” adının verilməsi və bu ad altında yeni gəminin Azərbaycanı bütün dünyada təbliğ edəcəyi xüsusi vurğulanaraq mühüm tarixi hadisə adlandırılmışdı.

Xəbər lenti
0