03:38 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Oğuz rayonu ərazisində aşkarlanan kömür quyuları

Oğuzun qara quyularına basqın qara əməllərin üstünü açdı

© Sputnik / Ilham Ahmadov
CƏMİYYƏT
Qısa URL
28310

Hazırda Oğuz rayonunun Muxas və Calut kəndləri ərazisində belə quyular aşkar olunub

İlham Əhmədov Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Son vaxtlar meşələrin qırılmasının qarşısının alınması, eləcə də şimal-qərb bölgəsində qanunsuz şəkildə kömürbasma ilə məşğul olan insanlara qarşı mütəmadi olaraq reydlər keçirilir. Cərimələrin tətbiq olunması bu sahədə işlərin müsbətə doğru irəliləməsinə səbəb olub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən növbəti reyd təşkil olunaraq ərazilərə baxış keçirilib. Oğuz ərazisində meşə əmlakının qanunsuz şəkildə talan olunması müəyyən edilib, kömür quyuları aşkarlanaraq qanuna uyğun şəkildə tədbir görülüb.

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər Regional İdarənin rəisi  Cəbrayılov Ziya bildirdi ki, tərəflərindən mütəmadi olaraq reydlər keçirilir və meşə təsərrüfatı, eləcə də yerli bələdiyyəyə məxsus torpaqlarda kömür basmaları ilə əlaqədar bələdiyyələrə məlumat verilir, münbit torpaqlarda kömür basdırılaraq qeyri-münbit hala gətirilməsi haqda məlumatlandırılır. Hazırda Oğuz rayonunun Muxas və Calut kəndləri ərazisində belə quyular aşkar olunub və qanuna uyğun şəkildə quyular doldurularaq yenidən istifadəsi məhdudlaşdırılıb.

İdarə rəisi onu da bildirdi ki, bu məsələyə yerli sakinlərdən də biganə qalmamaları, meşələrin qanunsuz şəkildə qırılmasının qarşısını almaq məqsədilə belə hallarla üzləşdikdə birbaşa aidiyyatı orqanlara məlumat vermələri xahiş olunur.

Əsasən bu bölgələrdə çubuq kömürünün hazırlanması yeni bərpa olunan meşə ağaclarının qırılması ilə nəticələnir, bu isə gələcəkdə meşələrin məhv olması deməkdir. Regional idarənin əməkdaşı onu da qeyd etdi ki, bir neçə gün bundan qabaq Oğuzda baş vermiş yanğın ehtiyatsızlıq ucbatından və kömür məsələsindən qaynaqlana bilər.

"Buna görə də həm yerli sakinlər, həm də aidiyyatı qurumlar bu problemin aradan qaldırılması üçün bütün səylərini bir araya gətirməlidirlər", - deyə o bildirib.

Ümumilikdə on beşdən artıq kömür quyusu doldurulub.

Teqlər:
yanğın, quyu, kömür, meşə, Oğuz rayonu

Əsas mövzular