17:59 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
944 0 0

"Son iki-üç gündə baş verən qəzalar bir daha bu dirəklərin vacibliyini ortaya çıxarır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Son günlərdə avtomobillərin dayanacaqda dayanan insanlara xəsarət yetirməsi halları artıb.

"Həyat" Beynəlxalq Humanitar Təşkilatı və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov problemin aktual olduğunu söyləyir. 

Sputnik Azərbaycan-a bu barədə məlumat verən A. Allahverənov bildirib ki, aidiyyatı qurumlar məsələyə ciddi yanaşmalı və təcili təhlükəsizlik tədbirləri görməlidirlər: "Bu artıq neçənci hadisədir ki, hansısa avtomobil dayanacaqda duran insanlara xəsarət yetirir. Hesab edirəm, bu məsələ xüsusi nəzarətə götürülməli və təcili preventiv tədbirlər həyata keçirilməlidir. Məsələn, bir qədər əvvəl şəhərin müxtəlif yerlərində səki üzərində BNA tərəfindən təhlükəsizlik dirəklərinin quraşdırıldığının şahidi olduq. Təhlükəsizlik baxımından vacib elementdir və mən bunu xüsusilə alqışlayıram. Hesab edirəm ki, buna bənzər elementlərdən istifadə etməklə dayanacaqların da təhlükəsizliyi təmin olunmalıdır".

"Şəxsən mən dayanacaqda avtobus gözləyəndə məhz bu səbəbdən adətən dayanacağın arxa tərəfində dururam. Amma bu, çıxış yolu deyil, çünki elə yağışlı, küləkli və qarlı havada da bu və ya digər danayacaqda durmaq məcburiyyətində oluram. Düşünürəm, təhlükəsizlik dirəklərinə bənzər elementlər dayanacaqlarda da tətbiq edilsə, bu ən azından orada duran insanların minimal müdafiəsini təmin etmiş olar. Odur ki, vaxt itirmədən və bu kimi növbəti yol nəqliyyat hadisəsini, insan itkisini və xəsarətini gözləmədən aidiyyəti strukturlar tərəfindən təcili təhlükəsizlik tədbirlərinə başlanılmalıdır".

Qeyd edək ki, belə hadisələrdən biri ötən gün "Gənclik" metrostansiyası yaxınlığındakı dayanacaqda baş verib. Avtomobil dayanacağa çırpılıb və dayanacaqda olan gənc oğlanla qızı vurub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı iş aparılır: "Son iki-üç gündə baş verən qəzalar bir daha bu dirəklərin vacibliyini ortaya çıxarır. Bildirim ki, avtobus dayanacaq pavilyonlarının ətrafında da təhlükəsizlik tədbirləri görüləcək".

Əlaqədar

Bakıda nişanlı gəncləri maşın vurdu
Teqlər:
təhlükəsizlik, ehtiyat, qəza, dayanacaq, Bakı

Əsas mövzular