CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Miqrasiya Məcəlləsinə daha bir dəyişiklik edilib

© Sputnik / Murad OrujovУлица Низами – одна из оживленных улиц в центре Баку
Улица Низами – одна из оживленных улиц в центре Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Daimi yaşama icazələrinin 35 günə verilməsi təmin ediləcəkdir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Miqrasiya Məcəlləsinə edilən yeni dəyişikliklə yaşama və iş icazələrinin alınması ilə bağlı müraciətlərə qısa müddətdə baxılacaq.

Dövlət Miqrasiya Xidmətinin binası - Sputnik Azərbaycan
Qanunsuz miqrasiyaya qarşı böyük reyd: Tutulanlar var

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Yeni dəyişikliklə, nümunə üçün, iş icazələrinin 10 günə, daimi yaşama icazələrinin 35 günə verilməsi təmin ediləcəkdir. 

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1623-VQD nömrəli Qanunu 2019-cu il tarixində qüvvəyə minib. Digər dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəldikləri vaxtdan 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, yeni ünvana gəldiyi vaxtdan 5 iş günü ərzində qeydiyyatdan keçməlidir.

Xəbər lenti
0