04:22 23 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
40 0 0

Ağır xəsarət alan qadının son durumu açıqlandı

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Bu gün saat 05:00-da Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, 1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yıxılıb.

Ağır xəsarət alan qadın 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Yaralının vəziyyəti ilə bağlı xəstəxananın baş həkim müavini Adil Salahov Sputnik Azərbaycan-a danışıb: "Hazırda həmin qadının durumu ağır-stabildir. Onun ayaqlarında, bud və baldırın sağ və sol hissələrdə sınıqlar var".

"Bu hadisəyə səbəb onun pəncərədən yıxılması olub, ya yox, bunu bilmirəm. Amma özü deyir ki, pəncərədən yıxılmışam. Bu gün səhər erkəndən onun özü ilə danışdım, ağlı başında, şüuru yerindədir. Psixoloji durumu isə ağır-stabildir", - deyə həkim əlavə edib.

A.Salahovun sözlərinə görə, hələlik onun həyati riski yoxdur. Lakin gələcəklə bağlı fikirlər isə bir qədər müəmmalıdır: "Gələcəkdə emboliyası ola bilər. Çünki xəstənin bir tərəfində açıq sınıq var. Biri bud, digəri isə baldır sümüyünün sınığıdır. Düşünürəm ki, 3-4 günə xəstənin vəziyyətinin necə olacağı bəlli olacaq. Hələlik ümumi gedişatı pis deyil".

Həkimin sözlərinə görə, qadının şikəst olma ehtimalı yoxdur: "Əməliyyatdan sonra hər şey düzələcək".

Qeyd edək ki, hələlik hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil.

Əlaqədar

Bakıda gənc qız özünü altıncı mərtəbədən atıb
Teqlər:
həkim, xəstəxana, intihar

Əsas mövzular