06:36 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Ceyhun Bayramov

Təhsil naziri şagirdlərlə bağlı əmr imzaladı

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
342 0 0

Avqustun 15-dən elektron sistem işə düşür

BAKI, 1 avqust — Sputnik. Təhsil naziri Ceyhun Bayramov "Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında" əmr imzalayıb.

  Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək. "Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem" 15 avqust 2019-cu il tarixindən istifadəyə veriləcək.

Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

Teqlər:
nazir, şagird, məktəb

Əsas mövzular