CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda metroseksualların "marşı" - "Məgər kişilər adam deyil?!"

CC0 / The Lazy Artist Gallery / manGüzgüdə özünə baxan kişi, arxiv şəkli
Güzgüdə özünə baxan kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kişilərin tüklərini təmizləmək qadınlarla müqayisədə daha bahalı imiş...

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Bu gün bütün dünyada kişilər arasında metroseksuallığa maraq artıb. Avropada öz xarici görünüşünə (fiziki forması, paltarı və aksesuarları) xüsusi əhəmiyyət verən və onun yüksək səviyyədə saxlanmasına xeyli vəsait xərcləyən, bunun üçün vaxt itirən müasir kişiləri belə adlandırırlar.

Косметолог, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Cavanlaşma iynələrinin "əbədiyyət" effekti - həyatla vidalaşmağa razısınız?

Bu cür şəxslərə market malları haqda geniş məlumatı olan və incə istehlakçı da deyirlər. Bir qayda olaraq, Avropada metroseksuallar yaxşı təhsilli və məlumatlı insanlar hesab olunurlar.

Maraqlıdır ki, dünyada yayılan bu trend son zamanlar ölkəmizdə də maraqla qarşılanır. Xüsusilə lazer epilyasiyası ilə məşğul olan salonlar müxtəlif nömrələrə zəng edib məlumat verməklə kişilər arasında "təşviqatı" bir qədər də artırıblar.

Ümumiyyətlə, maraqlıdır, bu gün azərbaycanlı kişilər arasında metroseksuallıq nə dərəcədə yayılıb? Kişilər arasında bu marağa səbəb nədir? Bu və digər suallara cavab tapmaq üçün Sputnik Azərbaycan məşhur salonlardan bir neçəsi ilə əlaqə saxladı.

Qadın ustalar tərəfindən həyata keçirilən lazer prosedurlarında qiymətlər bədənin nahiyələrinə görə fərqlənir.

Yalnız kişi müştəriləri arzuolunmaz tüklərdən xilas edən Cəmilə Ağayeva deyir ki, son zamanlar kişilər arasında belə prosedurlara maraq artıb: "Mənim işim yalnız kişilərlədir. Onların bədənlərinin müxtəlif nahiyələrində olan tükləri lazerlə təmizləyirəm. Qiymətlər isə bədənin nahiyələrinə görə fərqlənir. 

Amerikalı gözəllik bloqeri Lori Feyt - Sputnik Azərbaycan
"Keçəl dərman bilsə, öz başına sürtər": gözəllik bloqeri canlı yayımda saçsız qaldı
Məsələn, bizdə gözaltı 10 manat, boğaz 10 manat, qulaq - 5 manat, qoltuqaltı - 15 manat, qollar - 40, ayaqlar - 80, sinə və qarın - 50, kürək - 70, sinə+qarın+kürək - 100 manat təşkil edir. Bütün bədən isə 250 manatdır. Bikini hissənin təmizlənməsi isə 50 manatdır. Lakin digər nahiyələrdən fərqli olaraq bikini hissəyə görə endirim olmur".

Birinci seansda olmasa da, növbəti seanslarda müəyyən qədər endirim edildiyini deyən həmsöhbətimiz daha çox kürək, sinə və gözaltı nahiyəyə görə müraciətlərin olduğunu vurğulayıb.

C.Ağayevanın sözlərinə görə, müştərilər onlara müraciət etmələrinə əsas səbəb kimi təmizlik amilini göstərirlər: "Onlar da gigiyenik qaydalara əməl etmək, təmiz olmaq istəyirlər. Bu səbəbdən də kişilər də lazer epilyasiyasına görə bizə üz tuturlar. Məgər kişilər adam deyil?!"

Digər salonlarda da qiymətlər eyni və bənzər olaraq qalır. Məşhur salonların birində çalışan lazeroloq Suğra Əliyeva deyir ki, boyun, boğaz və üz nahiyəsində epilyasiyanın qiyməti 10-25 manat arasında olur. Burada qiymət fərqi tükün sıxlığından asılı olaraq dəyişir.

Ноги женщины и мужчины, фото из архива - Sputnik Azərbaycan
Kişilərin min illik arzusu həyata keçdi, amma....

Budəfəki həmsöhbətimizdən həm də kişilər üçün manikür və pedikür qiymətlərini də öyrəndik: "Manikür 10, pedikür isə 20 manatdır. Lakin bədənin müxtəlif nahiyələrində aparılan epilyasiyadan fərqli olaraq manikür və pedikürə görə müraciətlər o qədər də çox olmur".

Onun sözlərinə görə, manikür və pedikür qiymətləri cinslər üzrə standartdır. Kişilərlə müqayisədə qadınlarda bədənin müxtəlif nahiyələrinə edilən lazer epilyasiyasının qiyməti daha aşağıdır: "Qadınlarda bütün bədən 50, bədən və üz isə 60 manatdır".

Xəbər lenti
0