10:15 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
137

Əgər iş yerində ixtisar olarsa, övladlığa uşaq götürənlərin işdə saxlanılması ilə bağlı üstünlüyü olacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Azərbaycanda övladlığa uşaq götürənlərə qanunvericiliklə bir sıra üstünlüklər veriləcək. Bu barədə Sputnik Azərbaycan-a eksklüziv açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov məlumat verib. 

O bildirib ki, bununla bağlı əmək qanunvericiliyində bir sıra dəyişikliklərin edilməsi tövsiyə olunur: "Bu məsələ hələ ki layihə şəklindədir. İndidən təsdiq edilib-edilməyəcəyi barədə qəti fikir söyləmək olmaz. Amma biz övladlığa uşaq götürənlərə Əmək Məcəlləsində bəzi üstünlüklərin verilməsini tövsiyə etmişik. Həmin tövsiyə övladlığa uşaq götürənlərə işdə üstünlüyün verilməsidir. Əgər iş yerində ixtisar olarsa, övladlığa uşaq götürənlərin işdə saxlanılması ilə bağlı üstünlükləri olacaq".

F. Ələkbərov bundan əlavə, sağlamlıq imkanı məhdud uşaqların övladlığa verilməsi ilə də bağlı digər üstünlüklərin olacağını söyləyib. Onun sözlərinə görə, övladlığa götürməni stimullaşdırmaq məqsədilə müəyyən tədbirlər nəzərdə tutulub. Bunlardan biri, sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən valideynlərə müavinətlərin verilməsidir. Digər stimullaşdırıcı tədbir həmin uşaqların bakalavr və magistr pilləsində ödənişli əsaslarla təhsil aldıqları təqdirdə təhsil haqlarının dövlət hesabına ödənilməsi məsələsidir. Sözsüz ki, bütün bu məsələlər hələ ki bir layihə, tövsiyədir. Qanunvericilikdə öz əksini tapması üçün təsdiq olunmaldır".

Əsas mövzular