CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beşbarmaq dağının sirri – Pir, inanc yeri və qədim istehkam

© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağı - Sputnik Azərbaycan
Abunə olmaq
Orada insanın ruhu dincəlir, inansanız da, inanmasanız da, ora baş çəkin

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. "Beşbarmaq dağı"… El arasında bura Xızır-Zində piri də deyilir. Bu pir Azərbaycanda kifayət qədər məşhurdur və bəziləri oranı müqəddəs ziyarətgah hesab edilir.

Pir haqqında Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" kitabında ətraflı məlumatlar yer alıb. Əsərdə qeyd edilib ki, Quranda adı çəkilən "Məcməul-Bəhreyn” (İki dənizin qovşağı) Şirvan vilayətində olub. Əsərə görə, Musa və Xızır peyğəmbərlərin qayası da bu ərazidədir. Əlamətlərinə görə, "Beşbarmaq dağı" Xızır peyğəmbərin qayasını xatırladır.

Sputnik Azərbaycan-ın əməkdaşı Bakı-Quba yolunun üstündə yerləşən, bəziləri üçün müqəddəs yer, digərləri üçün pul mənbəyi sayılan "pirə” baş çəkib.

© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağının sirri – Pir, inanc yeri və qədim istehkam - Sputnik Azərbaycan
"Beşbarmaq" dağı

Dağa qalxmaq o qədər də asan olmadı. "Beşbarmaq piri" dəniz səviyyəsindən 500 metr yüksəklikdədir. Dağa kənardan baxanda 5 barmaq formasının siluetini görmək mümkündür. Dağ Siyəzən yolunun 95-ci kilometrliyində yerləşir. Yolun kənarında çox yaxın görünsə də, pirə getmək xeyli zaman alır.

Tədqiqatçılara görə, dağ tektonik hərəkətlərin təsirindən süxurların sıxılması nəticəsində yaranıb. Qayalar üzərində çoxsaylı boşluqlara rast gəlmək mümkündür.

Deyilənə görə, əvvəllər bura avtomobil yolu olmayıb. Ziyarətə gələnlər həmin yolu piyada qət edirmiş. Amma indi bir qədər təhlükəli olsa da, pirin yaxınlığına qədər avtomobillə qalxmaq olur.

Ətrafda ziyarətçilərin istirahəti üçün çox sayda alaçıq tipli yerlər var. İndi havalar isti keçdiyi üçün pirə ziyarətçi axını azdır. Oradakı insanlar deyirlər ki, ilin bu vaxtı həmin ərazilərdə ilan çox olur.

Pirə çatan kimi qarşına çıxan ilk şəxs dilənçilər olur. Bir neçə dilənçi qadın qarşısını kəsib, xeyir-dua edir və pul istəyir.

Avtomobillə gəldiyimiz yerdən qayaya qalxmaq üçün çox sayda pilləkən qalxırıq. Bizə bildirirlər ki, hava küləkli olduğu üçün pirə qalxmaq təhlükəlidir. Gələn ziyarətçilərdən bir qismi də məhz külək səbəbilə zirvəyə qalxmaqdan geri qayıdıb.

© Sputnik / Irade JELIL"Beşbarmaq" piri
Beşbarmaq dağının sirri – Pir, inanc yeri və qədim istehkam - Sputnik Azərbaycan
"Beşbarmaq" piri

Xəbərdarlığa baxmayaraq, dağa qalxmaq qərarı veririk. Ara-sıra qayaların arasında əncir ağacları gözə dəyir. Ağacların üzərinə ziyarətçilər müxtəlif rəngli parçalar bağlayıb. İnanca görə, bu parçaları ürəyində arzu tutub buraya bağlayıblar. Əgər həmin insanın arzusu yerinə yetsə, pirə nəzir gətirməlidir.

Zirvədə isə kiçik bir otaq var. Burada bir qadın ziyarətçilərə pir haqqında məlumat verir. Onun sözlərinə görə, pirin abadlaşdırılması yığılan ianələr hesabına olub.

Sonra fincanda olan suya toxunaraq, həmin suyu üzümüzə və saçımıza çəkməyi məsləhət görür. Bildirir ki, su müqəddəs sudur və belə edəcəyimiz təqdirdə bütün niyyətlərimizə çata bilərik.

Bir qədər dayandıqdan piri tərk etmək qərarına gəlirik. Yüksəklikdən aşağı enmək çətin olmur. Nə qədər acınacaqlı olsa da qeyd etməliyik ki, pirə ziyarət adına gələnlər pirin ətrafını zibilləyib gedir.

© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağının sirri – Pir, inanc yeri və qədim istehkam - Sputnik Azərbaycan
"Beşbarmaq" dağı

Beşbarmaq haqqında internet saytlarda müxtəlif məlumatlar yer alıb. Pirə müxtəlif adlar verilib.

Tədqiqatçı Faiq Nəsibov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əvvəllər Xəzər dənizinin qərb sahillərində sərhədlərin ciddi qorunması sistemi olub. Qorunma sistemləri Beşbarmaq, Gilgilçay və Dərbənd istehkamlarında yerləşib. Bu, hərbi baxımdan və yerin bütün xüsusiyyətlərini nəzərə alaraq dərindən düşünülmüş müdafiə olub.

Onun sözlərinə görə, istehkamlar Sasanilər imperiyasının dövründə III-VII əsrlərdə tikilib: "Əvvəlcə Beşbarmaq, sonra Gilgilçay, daha sonra isə Xəzər dənizi boyunca Azərbaycan ərazisinə hücum edən massagetlər, xəzərlər, hunlar, alanlar kimi köçəri qəbilələrdən qorunmaq üçün Dərbənd sistemi tikilib. Beşbarmaq istehkamları heyrətamiz görünüşə malik olub. Onlar iki hissədən ibarət olub. İstehkamda kərpicdən hazırlanmış və 1750 metrə qədər uzanan yüksək dirsəklər olub. Bu qüllələr arasında məsafə 220 metr təşkil edib. Qüllələrin tikilməsi üçün böyük işçi qüvvəsinə ehtiyac olub. Buna görə də, tikinti işləri üçün Sasanilər imperiyasının daxili bölgələrindən olan və yerli olmayan müxtəlif tayfaların nümayəndələri gətirilib".

F. Nəsibovun sözlərinə görə, beləliklə Azərbaycanın şimalına tat tayfaları köçürülüb və onlar Beşbarmağın hər iki tərəfində yaşamağa başlayıblar.

© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağı - Sputnik Azərbaycan
1/10
"Beşbarmaq" dağı
© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağı - Sputnik Azərbaycan
2/10
"Beşbarmaq" dağı
© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağı - Sputnik Azərbaycan
3/10
"Beşbarmaq" dağı
© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağı - Sputnik Azərbaycan
4/10
"Beşbarmaq" dağı
© Sputnik / Irade JELIL"Beşbarmaq" piri
Beşbarmaq piri - Sputnik Azərbaycan
5/10
"Beşbarmaq" piri
© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağı - Sputnik Azərbaycan
6/10
"Beşbarmaq" dağı
© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağı - Sputnik Azərbaycan
7/10
"Beşbarmaq" dağı
© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağı - Sputnik Azərbaycan
8/10
"Beşbarmaq" dağı
© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağı - Sputnik Azərbaycan
9/10
"Beşbarmaq" dağı
© Sputnik / Irade JELIL"Beşbarmaq" dağı
Beşbarmaq dağı - Sputnik Azərbaycan
10/10
"Beşbarmaq" dağı
1/10
"Beşbarmaq" dağı
2/10
"Beşbarmaq" dağı
3/10
"Beşbarmaq" dağı
4/10
"Beşbarmaq" dağı
5/10
"Beşbarmaq" piri
6/10
"Beşbarmaq" dağı
7/10
"Beşbarmaq" dağı
8/10
"Beşbarmaq" dağı
9/10
"Beşbarmaq" dağı
10/10
"Beşbarmaq" dağı

"Beşbarmaq" adının 5 barmaqla deyil, "Barmak" toponimi ilə əlaqəli olması ehtimalı var. XVIII əsrə qədər yuxarıda göstərilən ərazinin hamısı Quba xanlığına aid olan yeddi mahaldan biri olan Barmak mahalına aid olub. Fars xilafətinin ilk nazirlərindən və Barmakilərə aid olan Qədir Cəfər ibn Barmak, qanlı müharibə zamanı öz qəbiləsi ilə qaçaraq, Xızı, Siyəzən və Şabran ərazilərin gizlənmək məcburiyyətində qalıb. Bu səbəbdən də mahal Barmak adlanır. Qeyd edək ki, Barmak fərdi bir ad olmayıb, Balx yaxınlığında Naubehar məbədində baş kahin rütbəsidir" – deyə Nəsibov əlavə edib.

Qədim dövrlərdən bu dağlar insanlar üçün müqəddəs yer hesab edilib. Beşbarmaq ətrafında çox qədim daş kurqanlar var. Dağ qədim dövrlərdən ibadət yeri hesab edilsə də, Şah İsmayıl taxta çıxdıqdan sonra bura inanc yeri hesab edilməyə başlanılıb. Onun hakimiyyəti dövründə Beşbarmaq şiəliklə, xüsusilə imam Əli ilə əlaqləndirilirmiş.

"Beşbarmaq dağı" indi də müqəddəs hesab edilir. İnsanlar dərdlərini götürərək, bura pənah gətirirlər. Orada insanın ruhu sakitləşir.

Xəbər lenti
0