CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda yenə külək əsəcək – Dənizə getməyə tələsməyin

© pixabay / Roberto BarresiGüclü külək, sahilə çırpılan dalğalar
Güclü külək, sahilə çırpılan dalğalar - Sputnik Azərbaycan
Abunə olmaq
"Küləklər şəhəri" öz adını doğruldur, belə getsə bu il dəniz görməyəcəyik

BAKI, 21 iyul – Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.

Güclü yağış və sel Lənkəranı ağuşuna alıb, altı kənd su altında qalıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bazar günü üçün hava xəbərdarlığı

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

İyulun 22-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti təşkil edəcək.

Xəbər lenti
0