CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı bulvarında ilan var? - qurumdan açıqlama

© AP Photo / Eric GayЗмея, фото из архива
Змея, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Dənizkənarı Bulvar İdarəsinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə müqaviləsi var"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. Bakıda, Dənizkənarı Milli Park ərazisində ilanların peyda olması barədə xəbərlər dolaşır. Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Videoda vətəndaşın əlində zəhərli ilanı tutması əks olunub.

Sputnik Azərbaycan yayılan görüntülərin həqiqətə uyğun olub-olmadığını araşdırıb. Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bulvarda ilanların olması barədə görüntülər həqiqəti əks etdirmir: “Dənizkənarı Bulvar İdarəsinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə müqaviləsi var. Həmin qurum Dənizkənarı Bulvar ərazisini zərərverici həşəratlara qarşı dezinfeksiya edir. Bulvarda əlində ilan olan şəxs bu ilanı, çox güman ki, kənardan gətirib. Bulvar ərazisi ötən ayın sonu dezinfeksiya edilib”.

Qeyd edək ki, ötən il də analoji hadisə yaşanmışdı. Müğənni Emma (Elmira) Ələkbərzadə “Instagram” hesabında belə bir video paylaşmışdı.

Xəbər lenti
0