CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Rusiyanın abidələri ilə bağlı qərar verildi

© Sputnik / Murad OrujovЛюди на Бакинском приморском парке
Люди на Бакинском приморском парке - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya Mədəni İrs siyahısı Bakıda müzakirə olunur

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Bu gün UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının plenar iclasında Rusiya Federasiyasının "Qədim Pskovun Abidələri" nominasiyası müzakirə olinub.

Министр культуры и туризма Абульфас Гараев - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Nazir Qarabağla bağlı UNESCO-dan dəstək istədi, danışıqlar aparılır

Sputnik Azərbaycan bildirir ki, əvvəlcə nominasiya ilə bağlı ICOMOS-un verdiyi tövsiyələr dinlənilib.

ICOMOS "Qədim Psokovun abidələri" adlı hesabatını yüksək dəyərləndirib.

Hesabatın müzakirəsi zaman Azərbaycanın UNESCO-dakı nümayən heyətinin rəhbəri Anar Kərimov qeyd edib ki, Pskov şəhəri Rusiya tarixinin, onun dövlətçiliyinin və pravoslav kilsələrinin ən yaxşı təzahürlərindən biridir: "Əslində, Pskov şəhərinin namizədliyi bu quruma çoxdan təqdim edilməli idi. Pskov memarlıq məktəbi böyük ənənəyə malikdir və onun Rusiya memarlığı tarixində özünəməxsus bədiiliyi var. Bu memarlıq ənənəsi həm Rusiya daxilində, həm də xaricində bir çox memarların, sənətkarların dəst-xəttinə təsir edib".

Daha sonra çıxış edən Çin nümayəndəsi uğurlu hesabat təqdim etmələri ilə bağlı Rusiya hökumətinin səylərini qeyd edərək Qədim Pskov abidələrinin Dünyanın Mədəni İrs siyahısına daxil edilməsi münasibəti ilə təbrik edib.

Pskovun maraqlı şəhər olduğunu qeyd edən Norveç nümayəndə heyətinin üzvü isə memarlıq məktəbi olaraq Pskovun dünya tarixində özünəməxsus yeri olduğunu vurğulayıb: "Biz bu şəhərdə mənəvi dəyərlər və dinin keçdiyi inkişaf yolunun təzahürlərini görürük.

Braziliya təmsilçisi isə hesabatın hazırlanması zamanı Rusiya hökumətinin ardıcıl olaraq bu işə ekspertləri cəlb etdiyini vurğulayaq 10 il ərzində bu istiqamətdə işlər aparıldığını və nəticədə belə bir uğurlu nəticənin əldə olduğunu qeyd edib.

Nümayəndə heyətlərinin hesabatları dinləndikdən sonra "Qədim Pskovun Abidələri" nominasiyası UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib.

Qədim Pskovun Abidələri 17 obyekti birləşdirir. Bunların sırasına Bizans və Novqorod memarlıq ənənələri ilə tikilmiş Pskov qalasının iki qülləsi, XII - XVII əsrlərə aid məbədlər, həmçinin XVII əsrin mülki tikililəri daxildir. 

Xəbər lenti
0