CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki Şəbnəm, bir ad və MTRŞ – Qalmaqal böyüyür

© Photo : APAMilli Televiziya və Radio Şurası
Milli Televiziya və Radio Şurası - Sputnik Azərbaycan
Abunə olmaq
Şəbnəmlər arasındakı absurd dava ölkə gündəmini zəbt edib

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Müğənni Şəbnəm Tapdıq Milli Televiziya və Radio Şurasına ərizə ilə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni, yenidən məsələ qaldıraraq Şəbnəm adı ilə efirə çıxanlara qadağa qoyulmasını, onların efir zamanı özlərinə təxəllüs seçmələrini xahiş edib.

Orxan Bahadırsoy - Sputnik Azərbaycan
Yazıçı digər televiziya kanallarını AzTV-dən nümunə götürməyə çağırdı

Müraciətdən bir müddət sonra Lider TV-nin aparıcısı Şəbnəm Həsənova öz Facebook hesabında məsələ ilə bağlı paylaşım edib. "Hazırda çalışdığım Lider televiziyasına MTRŞ və Müəllif hüquqları Agentliyindən belə bir məktub gəlib. Bir sözlə, xanım tələb edir ki, bütün tanınmış Şəbnəmlər özlərinə efir “psevdonimi”, təxəllüs seçsin. Əks halda, biz BÖYÜYÜMÜZ Şəbnəm xanıma patent ödəməliyik", – deyə o bildirib.

Yaranmış problemlə bağlı Milli Televiziya və Radio Şurası ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran aparat rəhbəri Asəf Hacıyev həqiqətən də müğənni Şəbnəm Tapdığın onlara müraciət etdiyini bildirdi: "Biz məsələni araşdırdıq. Aydın oldu ki, Şəbnəm xanımın adı ilə bağlı qaldırdığı iddia əsassızdır. Belə ki, atası mərhum İlyas Tapdıq yazdığı əsəri patentləşdirib. Əsərdə qeyd olunan adların patentləşdirməsi isə qeyri realdır. Bununla bağlı müğənninin özünə də məlumat verdik. Eyni zamanda, televiziyalara məsələ ilə bağlı özlərinin qərar verməsi üçün məktub göndərdik."

© © Ekran şəkliŞəbnəm Həsənovanın sosial şəbəkədə paylaşımı
İki Şəbnəm, bir ad və MTRŞ – Qalmaqal böyüyür - Sputnik Azərbaycan
Şəbnəm Həsənovanın sosial şəbəkədə paylaşımı

Daha sonra Lider TV-nin əməkdaşı Şəbnəm Həsənova ilə əlaqə saxladıq. Aparıcı xanım bildirdi ki, hal-hazırda onun işi ilə bağlı heç bir problem yoxdur: “Arada anlaşılmazlıq yaranıb. Ümid edirəm ki, məsələ ilə bağlı doğru qərar veriləcək. Mən indiyə qədər Şəbnəm adı ilə efirə çıxmışam, bundan sonra da öz adımla fəaliyyətimi davam etdirəcəm”.

Xəbər lenti
0