CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Himnlə məşhurlaşan Aysel: "Telekanallar bizdən pul tələb edir" - VİDEO

© Sputnik / Nigar IskanderovaGörmə qabiliyyətinin 90 faizindən məhrum olmuş Aysel Əlizadə
Görmə qabiliyyətinin 90 faizindən məhrum olmuş Aysel Əlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
"Elələrinə hər zaman deyirəm ki, sən əminsən ki, sabah sənin övladının başına bir iş gəlməyəcək?"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Bir müddət öncə Prezident İlham Əliyev I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqda sərəncam imzalayıb. Bu sərəncamla növbəti ildən etibarən həmin tələbələrin təhsil haqları dövlət büdcəsindən ödəniləcək.

© Sputnik / Nigar IskanderovaGörmə qabiliyyətinin 90 faizindən məhrum olmuş Aysel Əlizadə
Himnlə məşhurlaşan Aysel: Telekanallar bizdən pul tələb edir - VİDEO - Sputnik Azərbaycan
Görmə qabiliyyətinin 90 faizindən məhrum olmuş Aysel Əlizadə

Həmsöhbətimiz Aysel Əlizadə də fiziki məhdudiyyətlidir. O, görmə qabiliyyətinin 90 faizindən məhrumdur. Valideynləri də görmə məhdudiyyətli olduğundan dolanışıqları o qədər də yaxşı deyil. Belə bir sərəncamın verilməsi isə hazırda Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ikinci kursunda təhsil alan Aysel üçün ən sevindirici xəbərdir.

Onunla ilk tanışlıqda da, evədək bizə bələdçilik edərək pilləkənləri qalxdığı zaman da bizdə elə bir təəssürat yaratdı ki, heç bir fiziki məhdudiyyəti yoxdur. 10 faiz görməsi olsa da, o, digərlərindən fərqli olaraq həyata fərqli prizmadan baxır. Deyir ki, sən özünü necə təqdim etsən, cəmiyyət də səni o cür qəbul edəcək. Yəni fiziki məhdudiyyəti əsas gətirərək kiməsə möhtac olmamaq, oxumaq, işləmək, kiminsə yazıq nəzərlərinə tuş gəlməmək qəhrəmanımızın həyat şüarıdır.

© Sputnik / Nigar IskanderovaAyselin anası Nazlı Əliyeva
Himnlə məşhurlaşan Aysel: Telekanallar bizdən pul tələb edir - VİDEO - Sputnik Azərbaycan
Ayselin anası Nazlı Əliyeva

Söhbətə Ayselin anası başlayır, Nazlı Əliyeva:

- Yoldaşım və mən, ikimiz də 1-ci qrup əlilik, görmə məhdudiyyətimiz var. İki övladımdan biri sağlamdır. Ayselin isə əvvəllər ümumiyyətlə görməsi yox idi. Bir neçə dəfə əməliyyat olunduqdan sonra gözündə 10 faizədək görmə yaranıb. Lakin səhiyyənin indiki inkişafı hələ ki onun sağalma ehtimalının olmadığını deməyə əsas verir.

- Ayselin istedadını, yəqin ki, ilk kəşf edən anası olub?

- Təxminən 8 yaşından mən onda bu istedadı kəşf etdim. Elə o zamandan da Aysel musiqi ilə məşğul olmağa başladı.

© Sputnik / Nigar IskanderovaGörmə qabiliyyətinin 90 faizindən məhrum olmuş Aysel Əlizadə
Himnlə məşhurlaşan Aysel: Telekanallar bizdən pul tələb edir - VİDEO - Sputnik Azərbaycan
Görmə qabiliyyətinin 90 faizindən məhrum olmuş Aysel Əlizadə

Aysel Əlizadə:

- Zamanla musiqinin incəliyini kəşf etməyə, öyrənməyə başladım. Öncə uşaq mahnıları öyrəndim, müəyyən müddət keçdikdən sonra isə artıq daha mürəkkəb mahnılar ifa etməyə başladım. Əsasən klassik vokal üzrə oxuyuram. Akademik vokal da səsimdə çox gözəl alınır.

- Səndə bu sənətə maraq necə yarandı?

- Məndə musiqiyə maraq ailədən gəlib. Atam tütəkdə, balabanda, sintezatorda ifa edir. Əmim çalğıçıdır. Bibim də sənətə yaxın biridir.

- Harada təhsil almısan?

- Gözdən əlillər üçün 5 saylı internat orta məktəbinin məzunu olmuşam. Eyni zamanda gözdən əlil uşaqlar üçün 38 saylı musiqi məktəbində 11 illik təhsil almışam. Hazırda isə Azərbaycan Milli Konservatoriyasının "Milli vokal" ixtisasında ikinci kurs tələbəsiyəm.

- Fəxri diplomların da var, bildiyimə görə.

- 2008-ci ildə Türkiyədə "Gülən çocuk" festivalında laureat olmuşam. Fəxri fərmanlar, diplomlar almışam. Bundan başqa, əlillər arasında keçirilən ümumrespublika baxış müsabiqələrində dəfələrlə birinci yerin qalibi olmuşam. Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun təşkil etdiyi müsabiqələrdə də birinciliyə layiq görülmüşəm. Mayın 4-də keçirilən festivalda da birinci yeri tutmuşam.

- Nəsə maneələrlə qarşılaşmısanmı?

- Görmə məhdudiyyətim olduğu üçün müəyyən maneələrlə qarşılaşırdım. Əvvəllər cəmiyyət mənim kimiləri qəbul etməyə hazır deyildi. Amma artıq bizə qarşı münasibətlərin dəyişildiyini görürəm. Düşünürəm ki, bu da insanın özünü təqdim etməyindən asılıdır.

© Sputnik / Nigar IskanderovaAyselin anası Nazlı Əliyeva
Himnlə məşhurlaşan Aysel: Telekanallar bizdən pul tələb edir - VİDEO - Sputnik Azərbaycan
Ayselin anası Nazlı Əliyeva

Nazlı Əliyeva:

- Yolda gedərkən kiməsə dəyəndə "korsan, yolunla get" deyənlər də olur. Yaxud da əlil arabasında birisini görən valideyn öz uşağının qulağını çəkir ki, Allah uzaq eləsin. Elələrinə hər zaman deyirəm ki, sən əminsən ki, sabah sənin övladının başına bir iş gəlməyəcək? Çox istərdim ki, belə şəxslərə münasibət fərqli olmasın. Biz də digərləri ilə bərabərhüquqluyuq. Hətta bəzi yerlərdə sağlamlıq imkanları məhdud şəxslər digərləri ilə müqayisədə artıqdırlar ki, əskik deyillər. Belə bir söz var ki, Allah bir tərəfdən alanda bir tərəfdən də verir. Nə olsun ki, görməm 10 faizdir. Bununla belə təhsil alıb iki diploma sahib olmuşam, özümü sərbəst idarə edə bilirəm. Qızım da universitetdə zərbəçi olub.

Aysel Əlizadə:

- Fiziki məhdudiyyətli olmaq ağılsız, qabiliyyətsiz olmaq demək deyil. Lakin təəssüflər olsun ki, bəzi müsabiqələrdə fiziki məhdudiyyətli olduğum üçün seçilmirəm.

© Sputnik / Nigar IskanderovaAyselin musiqi müəllimi İlqar Əhmədov
Himnlə məşhurlaşan Aysel: Telekanallar bizdən pul tələb edir - VİDEO - Sputnik Azərbaycan
Ayselin musiqi müəllimi İlqar Əhmədov

- Gələcəklə bağlı arzuların nədir?

- Bu gün vokalın sirlərini öyrənməkdə müəllimim, əməkdar artist Zemfira İsmayılova mənə dayaq olur. İstəyirəm ki, gələcəkdə vokal üzrə İtaliyada təhsilimi davam etdirim. Təcrübəmi, təhsilimi artırıb özüm də tələbə yetişdirmək istəyirəm.

- Gənclərə nə demək istərdin?

- Özüm kimi olan gənclərə səslənib demək istəyirəm ki, həyat mübarizədir, o, mübarizəni sevir. Yetər ki, insan qarşısına məqsəd qoysun, o zaman istədiyi hər şeyə nail ola bilər. Həyatda bunu edə bilmərəm deyə bir şey yoxdur.

- ASAN Xidmətin himnini səsləndirmisən, istərdim ki, bu haqda da danışasan.

- ASAN Xidmətdə "Fiziki məhdudiyyətli şəxslər üçün ASAN Xidmətdə bir gün" adlı tədbir təşkil olunurdu. Bununla bağlı anama təklif gəlmişdi, mən də bunu dəyərləndirdim. Daha sonra rəhbərlikdən dəvət gəldi ki, 3 ay da onlarla işləyim. Mən də könüllü kimi fəaliyyət göstərdim. Könüllü olduğum həmin iki ay ərzində onlar da mənim səsimin olmasını kəşf edərək ASAN Xidmətin himnini səsləndirməyə dəvət etdilər. Oradakı işim ümumi idi: vətəndaşların qəbulu, sənədlərin yazılması və digər işlərə nəzarət edirdim. Bu iş mənim üçün heç də çətin olmadı. Əksinə, yeni insanlar tanıdım.

© Sputnik / Nigar IskanderovaGörmə qabiliyyətinin 90 faizindən məhrum olmuş Aysel Əlizadə
Himnlə məşhurlaşan Aysel: Telekanallar bizdən pul tələb edir - VİDEO - Sputnik Azərbaycan
Görmə qabiliyyətinin 90 faizindən məhrum olmuş Aysel Əlizadə

- Bəs sənətinlə bağlı nə kimi maneələrlə qarşılaşırsan?

Nazlı Əliyeva:

- Olur ki, müəyyən tədbirlərdə fonoqramla oxumaq tələb olunur. Fonoqram yazılması üçün vəsait olmalıdır. Bu da problemdir. Bəstəkardan yeni mahnı almaq da çox bahadır. Ümumiyyətlə, bizim mahnılarımızın yazılması, studiyalarla işləmək və digər məsələlərin hamısının kökündə maddiyyat dayanır. Bizim isə bunun üçün elə də böyük imkanımız yoxdur.

Aysel Əliyeva:

- Maddi vəziyyətimiz çətin olduğu üçün bəzi yerlərdə ilişirəm, maneələrlə qarşılaşıram. İstəyərəm ki, mütəmadi olaraq müxtəlif telekanallara çıxım, dəvət alım. Lakin telekanallara çıxmaq üçün bizdən pul tələb edirlər. Bilirsiniz, necədir, əsas pul toydadır. Mən isə toya getmirəm. Toyda kim ariyaya qulaq asacaq? Deyim ki, pul qazanmaq üçün başqa yol var, - yox. Bu gün diskdən pul qazanmaq imkanımız da məhduddur. Çünki heç adlı-sanlı ifaçılar da diskdən, verdikləri konsertlərdən pul götürə bilmirlər. Bir çox hallarda xərcimiz heç borcumuzu ödəmir.

© Sputnik / Nigar IskanderovaAysel Əlizadə musiqi müəllimi İlqar Əhmədov və anası Nazlı Əliyev ilə
Himnlə məşhurlaşan Aysel: Telekanallar bizdən pul tələb edir - VİDEO - Sputnik Azərbaycan
Aysel Əlizadə musiqi müəllimi İlqar Əhmədov və anası Nazlı Əliyev ilə

- Prezidentin son sərəncamı, yəqin, səni, ailəni də böyük yükün altından çıxardı?

- Bu günədək təhsilim üçün 2 min manat ödəyirdim. Artıq prezidentin sərəncamı ilə gələn ildən mənim kimi olan digər tələbələr də təhsil haqqından azad olunacaqlar. Anam, atam da görmə məhdudiyyətli olduğundan bu vəsaiti ödəməyə gücümüz çatmırdı. Bunadək təhsil haqqına görə universitetdə borcumuz da yaranıb.

Nazlı Əliyeva:

- Bir gözüm tamamilə görmür, digərində isə 10 faiz görmə olsa da, mən respublikada gözdən əlillər üçün yeganə olan kitabxanada çalışıram. Elə tələbələr var ki, onların valideynləri fiziki məhdudiyyətli olduğundan ümumiyyətlə işləmirlər. Bu cür gənclər isə universitetə illik ödəniş edə bilmədikləri üçün təhsillərini yarımçıq qoyurlar. Belə bir sərəncamın verilməsi çox sevindirici oldu. 3 il idi ki, bu məsələ ilə bağlı nazirliklərdə görüşdə olmuşam, Milli Məclisin deputatları ilə danışmışam. Fiziki məhdudiyyətli şəxslərlə bağlı başqa problem, bilirsiniz, nədir? Olduğum başqa xarici ölkələrdə əlillərin müxtəlif idarələrdə rahatlıqla işlədiyinin şahidi olmuşam. Əslində, iş yerlərində hər 20 işçidən biri əlil olmalıdır. Lakin bizdə buna riayət edilmir. Azərbaycanda belələrini işə qəbul etmək istəmirlər. Düşünmürlər ki, onun məhdudiyyəti olsa da, ağlı yerindədir, işləmək qabiliyyəti var. Belələri işlə təmin olunsalar, digərləri üçün də motivasiya olar. Çünki fiziki məhdudiyyətli gənclər özləri kimi olan, təhsil alıb işsiz qalanlara baxıb həvəsdən düşməzlər.

- Başqa nə kimi güzəştlərin olmasını istəyərdiniz?

- Əvvəllər belə şəxslər üçün güzəştlər də var idi, onlar ictimai nəqliyyatdan pulsuz istifadə edə bilirdilər. Artıq bu güzəştlər də yoxdur. Məsələn, özümdən deyim. 250 manat əmək pensiyası alıram. Bu pensiya ilə valideyn bilmir ki, uşağının yolpulunu versin, yoxsa təhsil haqqını ödəsin.

 

Xəbər lenti
0