CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yenidən qaranlığa qərq ola bilərikmi - "Azərenerji" və "Azərişıq” cavablandırır

© Sputnik / Igor Onuchin / Mediabanka keçidВысоковольтные линии электропередач
Высоковольтные линии электропередач - Sputnik Azərbaycan
Abunə olmaq
Havalar isti keçir, enerji tələbatı artıb, insanlar isə əndişəlidir

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. Havanın temperaturunun yüksəlməsi enerjiyə tələbatı artırıb. İyul ayının gözlənilməz dərəcədə isti keçməsi ilə əlaqədar olaraq bu gün əksər evlərdə, ofislərdə kondisionerlər, sərinkeşlər işə salınıb.

Bərdənin Mustafaağalı kəndində elektrik dirəkləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bağışlayın, amma işıq olmayacaq!

Elektrik enerjisinə tələbatın artması paytaxtın bəzi ərazilərində işığın sönməsinə səbəb olur. Paytaxtın Masazır qəsəbəsi, eyni zamanda da Xırdalan şəhərinin sakinləri şikayət edirlər ki, enerji tələbatının artması elektrik enerjisinin verilişində məhdudiyyətlərə səbəb olur.

Enerjinin işində məhdudiyyətlərin yaranması sakinlərin narahatlığına səbəb olur. Bəzi insanlar ötən il olduğu kimi bu il də enerji böhranının yaranacağı, ölkənin yenidən qaranlığa qərq ola biləcəyindən narahatdırlar.

"Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Masazırda bu problem fərdi yaşayış evlərində həm qışda, həm də yayda yaşanır: "Masazırda yaşayış sahələrinin birində kabeldə problem olduğu üçün səhər həmin xətdəki qəza aradan qaldırıldı. Fasilələr qəzalarla əlaqədar olur. Çünki əməkdaşımızın işləməsi, onların təhlükəsizliyinin təmin olunması üçün fasilələrin olması vacibdir. Lakin Xırdalanda belə bir problemin baş verməsindən xəbərsizəm".

"Yeni yaşayış komplekslərində yaranan nasazlıqlar onların daxili problemləridir. Çünki həmin komplekslərin daxili xətləri var. Bu "Azərişıq"ın problemi deyil. Amma bütün bunlara baxmayaraq həmin ərazilərdə problemlər yaranarsa belə, "Azərişıq" tərəfindən köməklik edilir" – deyə Tanrıverdi Mustafayev vurğulayıb.

"Azərenerji" ASC-nin mətbuat katibi Teymur Abdullayev isə Sputnik Azərbaycan-a açıqlamasında ötən il baş verən hadisənin təkrarlanmaması üçün lazım olan qabaqlayıcı tədbirlərin görüldüyünü bildirib: "Yayda turizm, əyləncə obyektlərinin intensiv fəaliyyəti, su-dondurma aparatlarının işləməsi, iritutumlu soyuducuların, kondisionerlərin işləməsi və başqa amillər digər fəsillərlə müqayisədə enerji yükünün artmasına səbəb olur. 

Лампа накаливания, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Bununla əlaqədar olaraq "Azərenerji" ASC rəhbərliyi qabaqlayıcı tədbirlər görüb. Elektrik stansiyalarında nöqsan aşkarlanan avadanlıqların dəyişdirilməsi, temperaturun yüksəlməsi ilə əlaqədar olaraq yarana biləcək çatışmazlıqların vaxtında aradan qaldırılması istiqamətində işlər görülür. Eyni zamanda da yarımstansiyalarda təmir və yoxlama işləri aparılır. Hava xətlərinin mühafizə zonasında baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq üçün xüsusi tədbirlərin həyata keçirilməsi məqsədi ilə göstəriş verilib".

Xatırladaq ki, ötən ilini iyulun 3-də respublikanın böyük bir hissəsi qaranlığa qərq olmuşdu. Belə ki, Sumqayıt Elektrik Stansiyasının açıq paylayacı qurğusunda yanğın baş vermişdi. Sonradan sistemin gücə düşməsi nəticəsində Mingəçevir İES-də də ötürücülər alovlanıb. Yanğın sonradan bloka keçib və nəticədə bütün ölkə ərazisində işıqların sönməsinə səbəb olmuşdu.

Xəbər lenti
0