SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan dövləti xüsusi mükafat aldı

© Sputnik / Murad OrujovЦеремонии награждения государственных служб ООН
Церемонии награждения государственных служб ООН - Sputnik Azərbaycan
Abunə olmaq
"ASAN Xidmət təkcə Azərbaycanın intellektual brendi deyil, həm də beynəlxalq bir təşkilatın adına çevriləcək", - Ülvi Mehdiyev

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 iyun - Sputnik. "Bu cür mötəbər tədbirin Bakıda keçirilməsi çox əhəmiyyətlidir. Çünki Şərqi Avropada dövlət xidmətləri forumunun keçirildiyi ilk şəhər kimi Bakı tarixə düşdü".

Sputnik Azərbaycan xəbər verir ki, bunu ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumu zamanı jurnalistlərə açıqlamasında deyib.

© Sputnik / Murad OrujovASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev
Azərbaycan dövləti xüsusi mükafat aldı - Sputnik Azərbaycan
ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev

Onun sözlərinə görə, forum zamanı dövlət xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı hansı işlər görüləcəyi barədə qərar qəbul olunacaq:

"Bu forumu Azərbaycan üçün əhəmiyyətli edən hadisələr olacaq. Bunlardan biri Beynəlxalq ASAN Assosiasiyasının təsis olunmasıdır. Bu bütün ölkələrin dövlət xidmətlərinin birləşdiyi bir təşkilat olacaq. Qurumun adı da ASAN olacaq. Bu isə o deməkdir ki, ASAN Xidmət təkcə Azərbaycanın intellektual brendi deyil, həm də beynəlxalq bir təşkilatın adına çevriləcək. Bu addımın məqsədi ASAN Xidmət modelinin digər dövlətlərdə tətbiqi ilə bağlı mübadilə aparmaqdır".

"Azərbaycan dövləti BMT tərəfindən xüsusi mükafata layiq görüldü. Mükafatın əsas təyinati odur ki, Azərbaycan ASAN Xidmət modeli ilə dövlət xidmətləri sahəsində ciddi bir islahata imza atdı. Artıq ASAN Xidmətin ikinci mərhələsi bu ildən fəaliyyətə başlayıb. Söhbət Mygov elektron hökumət konseptindən gedir. Bu konsept vasitəsilə reaktiv xidmətlərdən preaktiv xidmətlərə keçid edəcəyik. Bu konsept də BMT ekspertləri tərəfindən qiymətləndirilib", - deyə Ülvi Mehdiyev qeyd edib.

Xəbər lenti
0