CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərəblərin Qəbələ sevgisi - otellər "bayram" edəcək

© Sputnik / Murad OrujovУлица в Габале
Улица в Габале - Sputnik Azərbaycan
Abunə olmaq
Ərəb ölkələrindən Qəbələyə çarter reyslərinin açılması turistlərin sayına nəzərəçarpacaq dərəcədə təsir edib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Yayın gəlməsi ilə şimal-qərb bölgəsinə turist axını artıb. Yerli turistlərlə yanaşı, ötən illərlə müqayisədə çox sayda xarici ölkə vətəndaşları da bölgəyə səfər edirlər. Ən çox turist isə ərəb ölkələri, Rusiya, İran, Almaniya, Qazaxıstan, Koreya, Çin və Hindistandan gəlir.

Qəbələyə səfər edən turistlərin əksəriyyəti ərəb ölkələrinin vətəndaşlarıdır. Rayonda fəaliyyət göstərən turizm obyektləri və otellərin 90%-i tamamilə dolub. Turistlərin ən çox marağına səbəb olan isə kanatla gəzinti və yerli mətbəxdir. Zəngin təbiət və tarixi abidələr buraya dünyanın hər yerindən turistləri cəlb edir. Artıq iki həftədir ki, ərəb ölkələrindən Qəbələyə çarter reyslərinin açılması turistlərin sayına nəzərəçarpacaq dərəcədə təsir edib. Gələcək aylarda da gözlənildiyindən daha çox turistin bölgəyə səfər edəcəyi proqnozlaşdırılır.

Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, Qəbələdə ümumilikdə  20-dən artıq otel fəaliyyət göstərir.

Omandan olan qonaq Naser ibn-Yaqub da ilk dəfədir ki, Qəbələyə səfər edir. O, öz təəssüratlarını bizimlə bölüşdü: "Buranın yeməkləri, insanları mənim çox xoşuma gəlir. Təbiəti haqqında danışmağa dəyməz. Çünki çox gözəl və valehedici təbiəti var buranın. Mən ailəmlə səfər etmişəm, maraqlıdır, gözəl zaman keçirmək mümkündür. Havası çox xoşuma gəlir. Düzdür, müəyyən problemlər olur, o da normaldır, düşünürəm ki, zamanla düzələcək".                                 

Səudiyyə Ərəbistanından olan Razi Əngueli  deyir: "Burada olmağımdan çox məmnunam, insanları mehriban və gülərüzdür. Ləziz yeməkləri və şirniyyatları var. Artıq ikinci dəfədir, buradayam. Qəbələdə olan otellərlə müqavilə bağlayıb ümumilikdə şirkət işçiləri ilə bir həftəlik istirahətə gəlmək istəyirik. Hazırda ailəm də mənimlədir".

Dubaydan birbaşa Qəbələ təyyarə reyslərinin bərpa edilməsi və əlavə olaraq iki ərəb ölkəsindən reyslərin açılma ehtimalı gələcək aylarda gözlənildiyindən çox ərəb turistin bölgələrimizə səfər edəcəyini deməyə əsas verir.

Xəbər lenti
0