CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbiristanlıqda başlayıb, qəbiristanlıqda bitən həyat – Qrızdakı bir günün REPORTAJI

© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Yolu olmayan kənddən qayıtmaq, ora getməkdən çətindir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. Ucqar ərazidə yerləşən kəndlərə marağımın olduğunu bilən dostum Qrız getməyi təklif etdi. Bildirdi ki, Qrız haqqında çox yazılsa da, danışılsa da, bu cənnət məkanı görməyin yerini heç nə vermir.

Və beləcə yola düzəldik.

Qrız kəndi Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2171 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Qrız kəndi yüksəkliyinə görə, Qubanın ən hündürdə yerləşən ucqar kəndlərindən biridir. Qəçreşin içindən keçərək Qrız yoluna daxil olan kimi asfalt yol bitir və kələ-kötür dağ yolu başlayır. Dərhal bizə bildirirlər ki, yolu ancaq "Niva"ilə davam edə bilərik.

Qrız Qubadan çox uzaq deyil. Şəhər mərkəzindən çıxandan sonra 2 saata kəndə çatırıq. Amma yolları ürəkaçan deyil. Biz orada olanda yağan yağış isə yolları daha da keçilməz etmişdi. Sıldırım qayaların üzəri, uçurumun kənarı ilə hərəkət etmək adrenalin versə də, canıma dəhşətli qorxu da düşmüşdü.

© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Qəbiristanlıqda başlayıb, qəbiristanlıqda bitən həyat – Qrızdakı bir günün REPORTAJI - Sputnik Azərbaycan
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi

Beləcə kəndə gəlib çıxdıq. Bir neçə saat əvvəl aşağıdan yuxarı baxdığımız dağlarda dayanaraq, indi aşağıya baxırdıq...

Kənd sakinlərinin sözlərinə görə, Qrızda 30-a yaxın ev var. Qrızın əhalisi çox azdır. Sakinlər deyir ki, gənclər daha çox başqa kəndlərdə yaşamağa üstünlük verirlər.

Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur. Kənddə qaz olmadığı üçün qaz balonlarından, gərmədən və odundan istifadə edirlər.

86 yaşlı Əbdürrəhman Yaqubov Qrız kəndini adlı-sanlı ağsaqqallarındandır. Hələ yola düzələndə, bizə onu tapmq məsləhət görülmüşdü. Biz də soraqlayıb Əbdürrəhman babanı tapdıq.

Mehribanlıqla bizi qarşılayan Əbdürrəhman baba bizi çaya qonaq edərək, bir qədər kəndin tarixindən, öz həyatından danışdı.

© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Qəbiristanlıqda başlayıb, qəbiristanlıqda bitən həyat – Qrızdakı bir günün REPORTAJI - Sputnik Azərbaycan
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi

Dediyinə görə, Qrız kəndinin sakinləri milli azlıq hesab edilir: "Bizim dilimiz də fərqlidir. Elə gözümü açandan bu dildə danışmışam. Ətraf kəndlərin dili bizim dilimizə bənzəyir, amma Xınalıq kəndinin sakinləri başqa dildə danışır".

Kənd ağsaqqalının sözlərinə görə, kəndin hər yeri qəbiristanlıqdır. Hətta elə evlər var ki, məzarların üzərində tikilib. Bu da bir daha sübut edir ki, Qrız qədim tarixə malikdir.

Yeri gəlmişkən, qeyd edim ki, yazılı mənbələrdə Qrız toponiminə ilk dəfə X əsrdə rast gəlinir. Əbdürrəhman baba etiraf edir ki, qırızlılar özü də kənd haqqında ətraflı məlumatlı deyillər.

Söhbətin şirin yerində ağsaqqalın ömür-gün yoldaşı Xədicə nənə də bizə qoşulur.

Deyir ki, 60 ildir ki, Əbdürrəhman kişi ilə evlidir: "Biz təkcə ər-arvad olmamışıq, həm də dost-sirdaş olmuşuq. Çiyin çiyinə verib, bu həyatı yaşamışıq. Günüm at belində keçib. Nə qədər cavan idim, at çapırdım, yağ-pendir tuturdum, çörək bişirirdim. Yaşa dolduqca uzaqlaşdım hər şeydən. İndi də həyat maraqlıdır. Məsələn yağan yağışa baxmaq, qoyun-quzunu izləmək, həyat yoldaşının yanında olmaq..."

Xədicə nənə danışır ki, Əbdürrəhman baba sərt adam olub. Yaşa dolduqca mülayimləşib.

© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Qəbiristanlıqda başlayıb, qəbiristanlıqda bitən həyat – Qrızdakı bir günün REPORTAJI - Sputnik Azərbaycan
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi

“Bəs belə sərt adamla 60 il necə yaşamısınız” sualına Xədicə nənənin cavabı maraqlı olur: “Güzəştə gedərək, susaraq”.

Mən isə Xədicə nənənin "Mən hamıya nümunə olmuşam. Hamı mənim başıma and içirdi" sözünə "mən ola bilmədim" qarşılığı verirəm. Bu dəfə nənəni maraq götürür, özünü unudub, mənimlə məndən danışmağa çalışır.

Onunla danışdıqda bir daha əmin oluram ki, qadın yaşadığı yerdən, yaşından, təhsilindən asılı olmayaraq hər yerdə qadındır və eyni düşünür...

Kəndə daxil olanda yolun kənarında iki yeni tikili-məscid və pir gözə dəyir. Əbürrəhman baba deyir ki, 2006-cı ildə Həcc ziyarətindən qayıtdıqdan sonra məscid və bu piri tikdirib: "Niyyətim vardı. Ziyarətdən gələndən sonra tikdirdim. Daşlarını da başqa kənddən gətirtmişəm".

Ə. Yaqubovun sözlərinə görə, yay aylarında kəndə turist axını başlayır. Müxtəlif millətlərin nümayəndələri kəndə baş çəkir, kəndin ağsaqqalı ilə söhbət edir, şəkil çəkdirirlər.

O, deyir ki, qrızlıların yeganə problemi yol problemidir: "Ölkə başçısının müvafiq sərəncamı var. Yolumuzun salınması üçün vəsait ayrılıb. İndi gözləyirik görək nə vaxt təmirə başlayacaqlar. Bir neçə gün öncə dolu yağdı. Bütün yolu yuyub aparıb. Yollarda ancaq daş qalıb, torpaq yuyulub. Bu da yolun istifadəsi üçün böyük problem yaradır. Yolumuz rahat olsa, heç olmasa öz məhsulumuzu bazara çıxara bilərik".

© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
1/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
2/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
3/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
4/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
5/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
6/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
7/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
8/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
9/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
10/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
11/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
© Sputnik / Irade JELILAğrıdağın ətəyində yerləşən Qrız kəndi
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi - Sputnik Azərbaycan
12/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
1/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
2/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
3/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
4/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
5/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
6/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
7/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
8/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
9/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
10/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
11/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
12/12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi

Qrız kəndində doğrudan da hər yer qəbiristanlıqdır. Evlərin qəbirlərin arasında, heyvanlar qəbirlərin arasında, uşaqlar qəbirlərin arasında...

Bu həyat tərzidir. Qırızlıların həyatı qəbirlərin arasında başlayır, burada keçir...

Təbiət bizi Qrızda yaman sınayır. Əvvəlcə leysan yağışı yağır. Tam islandıqdan sonra duman çökür. Bir qədər vaxt keçdikdən sonra duman çəkilir və gün çıxır.

Qrızda keçirdiyimiz bir neçə saatda demək olar ki, təbiətin 4 fəslini də yaşadıq. Bir tərəfdə başı qarlı dağlar, yağış, parlayan günəş və dağ otlarının ətri...

Düzünü desəm, kənddən qayıtmaq kəndə getməkdən çətin oldu. Ancaq daş-kəsəkdən ibarət olan yolda avtomobilin altı bir neçə dəfə daşlara dəydi. Avtomobilin sürüşmək təhlükəsini də yaşadıq. Mühərrikdən xaric edilən yanıq qoxusu dağların təmiz qoxusuna qarışmışdı...

Onlar bu yolu yaşayırlar...

Xəbər lenti
0