CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çernobıl əlillərinin mənzil təminatı üçün yeni layihə hazırlanır - EKSKLÜZİV

© Sputnik / Yevgeny Odinokov / Mediabanka keçidÇernobıl nüvə stansiyasında baş verən fəlakətin fəsadları ilə mebarizə aparanların şərəfinə uçaldılmış abidə
Çernobıl nüvə stansiyasında baş verən fəlakətin fəsadları ilə mebarizə aparanların şərəfinə uçaldılmış abidə - Sputnik Azərbaycan
Abunə olmaq
"Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı"

Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva

BAKI, 15 iyun — Sputnik. Azərbaycanda Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi hazırlanır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Çernobıl Əliləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov məlumat verib. M. Həsənov bildirib ki, uzun illər idi ki, Çernobil əlillərinin mənzillə təmin olunmasında fasilə yaranmışdı. Yeni sərəncam layihəsindən sonra Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə yanaşı, Çernobıl əlilləri də mənzillə təmin olunacaqlar:

Orxan Bahadırsoy - Sputnik Azərbaycan
Azərbaycan serialları niyə “Çernobıl” ola bilmir - Orxan Bahardırsoy danışır

"Azərbaycanda "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" qanun qəbul olunub. Bu qanunun 6-cı maddəsinin müvafiq bəndində göstərilib ki, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olarsa, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq hüququ var. Bu, Çernobıl əlillərinin qanunvericiliklə təsbit olunmuş hüququdur. Qanunda həmin şəxslərin mənzil növbəsinə dayandığı gündən bir il müddətinədək evlə təmin olunması əks olunsa da, həmin vətəndaşlar 26 ildir ki, mənzil növbəsində dayanıblar. Halbuki, illər öncə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri mənzillə təmin olunduqca Çernobıl əlillərinə də mənzil verilirdi. Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduqdan sonra bu proses dayandırıldı. Nazirliyə yeni təyinatdan sonra bu məsələyə yenidən baxıldı. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi hazırlanır. Bundan sonra Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə mənzillər alınaraq dövlət vəsaiti hesabına verildikcə, Çernobil əlillərinin də mənzillə təminatı nəzərə alınacaq. Məndə olan məlumata görə, Çernobıl əlillərinin mənzil təminatı üçün yeni sərəncam layihəsi yaxın vaxtlarda Prezident Adminstrasiyasına təqdim olunacaq. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıya görə, cənab prezidentimiz İlham Əliyevə və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə minnətdarlığımızı bildiririk".

M. Həsənov deyib ki, illər öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 200-dən artıq "Çernobılçı" mənzillə təmin olunub.

Xəbər lenti
0