01:04 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Bakıda Bilik Günü qeyd olunub

Təhsildə “1 sentyabr” problemi – Nazirlər Kabinetinə müraciət edildi

© Sputnik / Taleh Mahmudov
CƏMİYYƏT
Qısa URL
105 0 0

Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir

Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva

BAKI, 12 iyun — Sputnik. "Ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15-də başlaması özünü doğrultmur. Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir. İki həftə itirilmiş həftədir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri təhsil eksperti Etibar Əliyev bildirib. O, qeyd edib ki, artıq bir neçə ildir orta və ali məktəblərdə dərslər 15 sentyabrda başlayıb, 15 iyun tarixində bitir. Bu isə narahatlığa səbəb olur. E.Əliyev bildirib ki, təhsil sistemində 1 sentyabr tarixinə qayıtmalıyıq: "Dünyanın əksər ölkələrində 1 sentyabr "Bilik günü"nə assosiasiya olunur. Diqqət edin, təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprel ayının 1-də başlayır. Sakura çiçək açanda. Belə görünür ki, onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi əlbəttə ki, simvola çevrilib. Biz isə 15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr "Bilik günü" nə assosiasiya olunurdu. Və bu tarix simvola çevrilmişdi".

Təhsil Eksperti Kamran Əsədov isə bildirib ki, 15 iyun tarixinə kimi dərslərin davam etməsi həm valideynlər, həm müəllimlər, həm də şagirdlərin narazılığına səbəb olduğu üçün bununla bağlı Nazirlər Kabinetinə müraciət ünvanlayıb.

Əlaqədar

Dərs proqramı bitibsə... – Dərsliklər yığılıb, "tədris" isə davam edir

Əsas mövzular