CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlan sancmasıyla bağlı statistika açıqlandı

CC0 / Dzed / SnakeЗмея
Змея - Sputnik Azərbaycan
Abunə olmaq
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilansancma ilə bağlı müraciət edənlərin 3 nəfəri uşaq olub

BAKI, 4 iyun — Sputnik. "Aprel və may aylarında 26 nəfəri ilan sancıb". Bu barədə Sputnik Azərbaycan-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov verib.

İlan zəhəri - Sputnik Azərbaycan
İlan zəhərinə qarşı zərdab niyə bahadır

O, bildirib ki, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilansancma ilə bağlı müraciət edənlərin 3 nəfəri uşaq olub: "Onlardan 2-si aprel, 1-i may ayında bizim şöbəyə daxil olub. Müraciət edənlərin hər biri xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin səhhəti normal olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ilansancma ilə bağlı nə ötən il, nə də ki, bu il ölüm hadisəsi baş verməyib".

A. Maqsudovun sözlərinə görə, ilansaçma ilə daxil olan müraciətlərin bir qismi Bakı ətrafı kənd və qəsəbələrin payına düşür: "İlan sancma Bakının əsasən Zirə, Qaraçuxur, Qobu və Güzdək ərazilərində qeydə alınıb. Rayonlardan isə bu siyahıya Hacıqabul başçılıq edir. Həmçinin Bərdə, Şamaxı, Şəmkir, Tərtər, Qəbələ rayonları ərazisindən də ilan sancma ilə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciətlər olub”.

Xəbər lenti
0